Yuxarıya
skip to main content

İnsanlar “üzlərinə” görə izlənə bilərmi?

29.06.2022

Avstraliya artıq insaları üz tanıma sistemi ilə rahatlıqla izləyə bilir. Bu kimi texnologiyalar ilkin zamanlarda təbii ki əsasən insanları hiddətləndirir. Buna səbəb isə şəxsi azadlıqların və məxfiliyin tamamən dövlət strukturu tərəfindən ələ keçirilməsidir.

Qərbi Avstraliyada əgər bir şəxs Covid-19 xəstəliyinə yoluxsa, növbəti yeddi gün ərzində ev şəraitində karantində qalmalıdır. Polis vaxtaşırı mətn mesajları göndərməklə onların harada olduğunu yoxlayır və 15 dəqiqə ərzində onlara selfi göndərilməsini tələb edir. Polis selfi çəkən şəxsin evdə olub-olmadığını müəyyən etmək üçün üz tanıma texnologiyası və GPS izləmə texnologiyasından istifadə edir.

Avstraliya İnsan Hüquqları Komissiyası Avstraliyada bu texnologiyanın istifadəsini tənzimləyən xüsusi qanun tətbiq olunana qədər texnologiyaya moratoriumun tətbiq edilməsinə çağırıb. İnsan haqları müdafiəçiləri əldə edilən şəxsi məlumatların ikinci dərəcəli məqsədlər üçün istifadə olunma potensialının olduğunu və bunun “polis dövlətinə” çevrilmək yolunda sürüşkən bir manevr olduğunu deyirlər.

Melburndakı Monaş Universitetinin media tədqiqatları professoru və “Üzün tanınması” adlı kitabın müəllifi Mark Andreyeviç deyir ki pandemiya sifətin tanınması texnologiyasından istifadə üçün bütün bu yeni əsaslandırmalara səbəb yaratdı.

"Hər şey onlayn sferaya keçid etdi və təşkilatlar hər şeyi çox tez mümkün etməyə çalışdı. Ancaq bunun nəticələri düşünülməmişdi. Biz hər şeyin ortada olduğu və şəxsi məkanlarımızın olmadığı bir dünyada yaşamaq istəyirik?" – deyə professor bildirib.

Bu tip xüsusiyyətlərə sahib və əsasən üz tanıma sistemlərinə data toplayan şirkətlər arasında əsas diqqət çəkəni Clearview şirkətidir. Bu şirkət əsasən razılıq olmadan sosial mediadan fotoşəkilləri silməklə, 20 milyard üz təsvirindən ibarət axtarış edilə bilən data bazası yaratdı.

Bununla belə, bəzi demokratik ölkələrdə problemlərlə üzləşib. Şirkət Kanada və Avstraliyada qadağan edilib və mayın 24-də Böyük Britaniyanın İnformasiya Komissarlığının Ofisi (ICO) Avstraliya İnformasiya Komissarlığı Ofisi ilə birgə araşdırmadan sonra onu 7,5 milyon funt sterlinqdən çox cərimələyib. Həmçinin şirkətə öz sistemlərindən Britaniya vətəndaşlarının məlumatlarını silmək əmri verilib. 2021-ci ilin dekabrında Fransanın məxfiliyə nəzarət orqanı Clearview şirkətinin Avropanın Ümumi Məlumatların Qorunması Qaydalarını (GDPR) pozduğunu aşkar etdi.

Üzün tanınması 1960-cı illərdə ilk dəfə işlənib hazırlandıqdan sonra indiki dövrə qədər böyük irəliləyiş yolu keçib. Ancaq alqoritmin səhvlik nisbəti bu gün istifadə edilən müxtəlif sistemlər arasında əhəmiyyətli dərəcədə dəyişir. İndi bu sistem qədər mürəkkəbdir ki, tibbi maska və ya günəş eynəyi taxan birini belə müəyyənləşdirməklə yanaşı, sistem bunu bir kilometrdən çox məsafədən də edə bilər.

Milli Standartlar və Texnologiya İnstitutunun testlərinə görə, ən yaxşı üz identifikasiyası alqoritmində səhv nisbəti cəmi 0,08% təşkil edir. Bununla belə, bu dəqiqlik səviyyəsi yalnız üz cizgilərinin aydın və örtülmədiyi, işıqlandırmanın yaxşı olduğu və şəxsin kameraya baxdığı ideal şəraitdə mümkündür.