Yuxarıya
skip to main content

Son rəy sorğuları Britaniyada nələri göstərir?

20.06.2022

Britaniya İşçi partiyası son altı ayda keçirilən rəy sorğularında Mühafizəkarlar üzərində kiçik, lakin sabit liderliyə malikdirlər. Liderliyin faiz nisbəti orta hesabla cəmi üç baldan 11 bala qədər yüksəlib. Bu isə olduqca ciddi rəqəmdir.

Ser Keir Starmerin partiyası ilk dəfə 2021-ci il dekabrın əvvəlində, Covid-19 qapanmaları zamanı rəy sorğulaında adından söz etdirməyi bacardı.

Böyük Britaniyada bütün dərc edilmiş milli sorğuların yeddi günlük orta hesabatına əsasən, 6 iyunda Leyboristlərin 40%, Mühafizəkarların 32%, Liberal Demokratların 12% və Yaşılların 6% səs payına sahib olub.

Düz bir il əvvəlki sorğulara görə, 6 iyun 2021-ci ildə Mühafizəkarlar orta hesabla 45%, Leyboristlər 33%, Liberal Demokratlar və Yaşıllar partiyasının hər ikisi 7% nisbətində qərarlaşmışdı.

Rəy sorğularını təbii olaraq bir proqniz kimi nəzərə almaq düzgün deyil. Çünki bu tip sorğular üstünlük təşkil edən ictimai əhval-ruhiyyənin anlıq görüntüləridir.

Növbəti ümumi seçkilərə hələ iki ildən çox vaxt qalıb – son mümkün tarix 24 yanvar 2025-ci ildir – partiyaların faiz nisbətlərinin dəyişməsi üçün kifayət qədər vaxt var.

Lakin sorğular həm ölkədə hökm sürən əhval-ruhiyyəni formalaşdırır, həm əks etdirir, həm də öz növbəsində siyasətçilər və partiya üzvləri arasında olan kommunikasiyaya təsir göstərir.

Mühafizəkarlar üçün son hadisələr heç də xoş deyil. Buna səbəb isə Boris Consonun ictimai rəydə faiz nisbətinin xeyli enməsidir. Partiyanın seçilmiş Baş naziri olaraq onun reytinqində düşüş təbii olaraq partiyanın özünə də olduqca ziyan vurur.

Baş nazirin reytinqi (onun haqqında müsbət fikirdə olduqlarını söyləyənlərlə mənfi rəyi olanların nisbəti arasındakı fərq)  yanvar ayından bəri bütün zamanların ən aşağı səviyyəsinə enib.

“YouGov” sorğu qrupunun tərtib etdiyi rəqəmlərə görə, hazırda Boris Consonun populyarlığı ciddi səviyyədə enişə məruz qalıb.

Boris Conson, pandemiya zamanı demək olar bir çox dünya liderləri kimi eyni xüsusiyyətlə populyarlığını itirmişdi. Ancaq bu eniş o qədər də ciddi məsələ deyildi, buna səbəb isə həmin dövr üçün reytinq itkisi olduqca anlaşılan idi. Son zamanlar isə pandemiyadan əlaqəsiz bir şəkildə Böyük Britaniya ictimaiyyətində ona inam azalıb.