Yuxarıya
skip to main content

Rus mədəniyyətinin boykotu barədə ruslar nə düşünür?/ SORĞU

13.06.2022

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VCIOM) bir sıra Qərb ölkələrində rus mədəniyyətinin sıradan çıxarılması siyasətinə rusların münasibətini öyrənib.

Rusiya-Ukrayna müharibəsi fonunda rus mədəniyyəti beynəlxalq diskursdan kütləvi şəkildə kənarlaşdırılır. Pyotr Çaykovski və Dmitri Şostakoviçin əsərləri orkestr proqramlarından çıxarılır, rus sənətçiləri teatrlardan qovulur və onların konsertləri ləğv edilir. Qadağalar hər şeyi əhatə edir: təsviri incəsənət, hətta rus klassik ədəbiyyatı.

Rusların üçdə birindən çoxu belə bir tendensiyanın rus mədəniyyətinə müəyyən dərəcədə zərər verəcəyinə inanır (37%). Bu fikri daha çox 18-24 yaşlı gənclər ifadə edirlər (49%).

Sorğuda iştirak edənlərin üçdə biri sanksiyaların rus mədəniyyətinə təsir etməyəcəyinə inanır, heç nə dəyişməyəcəyini düşünür (33%). Respondentlərin 23%-i isə isə belə bir vəziyyətin əksinə Rusiya mədəniyyətinə fayda verəcəyinə inanır.

Sorğunun nəticələrinə görə hər iki rusiyalıdan biri Qərb dövlətlərinin rus mədəniyyətini ictimai məkandan çıxarmaq cəhdlərindən narahatdır (53%). Qadınlar bu mövzuda daha çox narahatlıqlarını ifadə edirlər (57%). Vətəndaşların  43%-i xaricdə rus mədəniyyətinin ləğvindən narahatlıq dilə gətirmir, 25%-i isə ümumiyyətlə, narahatlıq duymur.

Mədəniyyət və incəsənət sahəsində çalışanlar digərlərinə nisbətən nəinki mövcud vəziyyətdən narahatdırlar (58%), həm də belə siyasətin Rusiya mədəniyyətinə zərər verə biləcəyini düşünürlər (51%). Əksər hallarda onlar hesab edirlər ki, xaricdəki ruslar media vasitəsilə bu problemə diqqət çəkməli (39%) və məlumatlandırma kampaniyaları aparmalıdırlar (23%).

Respondentlərin fikrincə, rus mədəniyyətin boykot edilməsi siyasətini dəyişmək ictimai etiraz və problemin Qərb cəmiyyəti tərəfindən ictimai müzakirəsi ilə mümkün ola bilər. Onlar hesab edirlər ki, KİV-də bu mövzuya yer ayrılmaq (30%),  Qərbdə rəy liderlərinin diqqətini Rusiya mədəniyyətinin qorunmasına çəkmək lazımdır (20%), rus mədəniyyətini müdafiə üçün birliklər yaratmaq (16%), məlumatlandırma kampaniyaları aparmaq (14%) lazımdır.

Rusların dörddə üçü hesab edir ki, cavab tədbirləri görmək və Rusiyada Qərb mədəniyyətini sıxışdırmaq lazım deyil (73%). Bu fikir daha çox ali təhsillilər (80%), Moskva və Sankt-Peterburq (80%) sakinləri üçün xarakterikdir. Hər beş nəfərdən biri (22%) isə hesab edir ki, Qərb mədəniyyətinə qarşı sanksiyalar tətbiq etmək lazımdır.