Yuxarıya
skip to main content

Ermənistanda Azərbaycan necə təbliğ olunur?

02.06.2022

Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginlik səviyyəsinin yüksəlişi əsasən 1988-ci il hadisələrindən günümüzə qədər olan prosessi özündə ehtiva edir. Ancaq hər bir azərbaycanlı bu gərginliyin uzun illər əvvəldən başladığını yaxşı bilir.

Hazırda Ermənistanda Azərbaycan dilində yayım edən ‘’Ermənistanın İctimai Radiosu’’ adlı sosial media platforması erməni maliyyəsiylə separatçılıq təbliğatı aparır.

 Bu "radio" hələ 27 sentyabrdan, Vətən müharibəsi dönəmindən bəri qərəzli çıxışları elə məhz Azərbaycan dilində səsləndirirdi.

Bu "radio" hazırda da "işinə" davam etməkdədir. Onlar son günlərdə Qarabağda yaşayan ermənilərin guya günlük yaşantısı barəsində videosujetlər hazırlayır və bunu Azərbayan dilində təqdim edir. Təbii ki, bu sujetlər Azərbaycanın daxili sosial media istifadəçilərinin gülüş obyektinə çevrilib.

Ermənistan cəmiyyətində ciddi şəkildə Azərbaycan düşmənçiliyinin tüğyan etməsi isə heç də qeyri-adi deyil. Ermənistanın Civilnet.am saytı 6 aprel 2022-ci il tarixində hazırda da gündəmdə olan sülh müqaviləsi ilə bağlı sorğu keçirib. Qurum bu videosorğunu İrəvan, Zəngəzur və başqa ərazilərdə aparıb. Sorğudan məlum olub ki, böyük çoxluq sülhün imzalanmasının tərəfdarı olsa da maraqlı tərəfi budur ki, onlar yenə də bizi düşmən olaraq görməyə davam edəcəklərini deyir. İştirakçıların fikrincə iqtisadi baxımdan sülhün imzalanması çox vacibdir, ancaq Ermənistan bu sülh müqaviləsi üçün çox şeydən keçməli olacaq bu isə onlarda narahatlıq doğurur.

2018-ci ildə eurasia.net saytı da öz araşdırmasını təqdim etmişdi. Bu araşdırmada da maraqlı məqamlar yer alıb. Məqalədə qeyd olunanlara görə 2004-cü ildə keçirilən sorğu nəticəsində məlum olub ki, ermənilərin üçdə ikisi sülh naminə Azərbaycana hansısa güzəştlərə tərəfdar olduğunu bildirib. Lakin 2017-ci il sorğusu göstərir ki, yalnız 8% insan bəzi güzəştlərə dəstək ifadə edib.

Bundan əlavə araşdırma məqaləsinin göstərdiyi bəzi detallara əsasən, Qarabağda və Ermənistanın Azərbaycan sərhədinə yaxın ərazilərində yaşayan insanlar digər ermənilərlə müqayisədə daha çox xarici ölkələrə mühacirət edirlər.

2022-ci ilin bu günlərində isə artıq müharibə başa çatıb və Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edib. 

Xatırladaq ki, son zamanlar Ermənistan cəmiyyətində maraqlı hadisələr baş verməkdədir. Twitter sosial şəbəkəsində yayılan və blognews.am saytında yer alan xəbərə görə Ombudsman Kristin Qriqoryanın yaxın qohumu, Sevan məktəbində coğrafiya müəllimi işləyən Lilit Ayrapetyan şagirdlərindən Azərbaycan və türk yeməkləri, musiqisi, adətləri və mədəniyyətlərini təqdim etməyi tapşıran sərgi keçirmələrini istəyib.


Paşa Bayramov