Yuxarıya
skip to main content

Dünyada yeni protein alternativləri müzakirə olunur

31.05.2022

İngiltərədə yeni araşdırma mövzusu alternativ protein mənbələrinə yönəldilib. Araşdırmada bildirilir ki, məktəblilər balıq və çips, spagetti bolonez və lazanya kimi isti yeməklər yeməyə öyrəşirlər. Lakin hazırda Uelsdəki ibtidai məktəblərdə uşaqları, "alternativ zülal" mənbəsi kimi böcəklərin faydaları haqqında məlumatlandırmağa hazırlaşırlar. Mövzu ilə bağlı elm adamları və müəllimlər tərəfindən təşkil edilən seminarların keçirilməsi planlanır.

Bu seminarlarda bitki əsaslı qidalarla yanaşı və Britaniya Qida Standartları Agentliyi tərəfindən  təsdiqlənmiş yeməli həşəratlar barədə məlumatlar veriləcək. Bütün bunlar “alternativ zülal” mənbələri barədə məlumatın ötürülməsinə işarədir.

Araşdırmada qeyd edilir ki, Böyük Britaniyada həşərat əsaslı pəhrizə şübhə edən insanlar yeməli böcəklərin zülal, antioksidantlar, vitaminlər və digər qida maddələri ilə zəngin olduğunu bilməkdən məmnun olacaq.

Layihənin bu həftədən etibarən start götürməsi planlaşdırılır və uşaqların “alternativ zülallar” anlayışını daha yaxşı başa düşməsi məqsədini özündə ehtiva edir. Bunu araşdırmaq üçün sorğular, seminarlar, müsahibələr və fokus qruplarından istifadə ediləcək.

Tədqiqatçılar müəllimlərlə birlikdə ümid edirlər ki, 4-11 yaşlı uşaqlar daha ekzotik yeməklərdən bəzilərini sınamağa hazır olacaqlar.

Avropada həşərat kimi alternativ protein mənbələri yemək artıq norma halını alıb.

Qida və Yem üçün Həşəratların Beynəlxalq Platforması (IPIFF) tərəfindən 2020-ci ildə aparılan bir araşdırma, 2019-cu ildə 9 milyon avropalı böcəklərdən qida kimi istifadə etdiyini və bunun 2030-cu ilə qədər 390 milyona çatacağını proqnozlaşdırıb.

Kardiff Universitetindən Kristofer Biirin sözlərinə görə: “Uşaqların alternativ zülallar haqqında gələcəkdə istifadə olunacaq qidalar kimi deyil, hazırda istifadə olunan real məhsul kimi düşünmələrini istəyirik, ona görə də bu qidalardan bəzilərini sınamaq tədqiqatın məqsədidir”.

https://metro.co.uk/2022/05/30/pupils-at-four-wales-primary-schools-offered-insect-diet-16734980/