Yuxarıya
skip to main content

Gənc amerikalılar İsrail-Fələstin münaqişəsi haqqında nə düşünür?/ Sorğu

27.05.2022

ABŞ-da İsrail-Fələstin münaqişəsiylə bağlı ictimai rəy hər iki tərəf üçün nisbətən müsbət istiqamətdə dəyişib.

"Pew" Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərir ki, ümumilikdə, amerikalılar Fələstin xalqından daha çox İsrail xalqına müsbət hisslər ifadə etməyə davam edirlər və İsrail hökumətini Fələstin hökumətindən daha müsbət qiymətləndirirlər.

Lakin İsrailə meyil yaşlı amerikalılar arasında gənclərlə müqayisədə daha çoxdur. 30 yaşdan kiçik ABŞ vətəndaşları Fələstin xalqına (61%)  ən az İsrail xalqı (56%) qədər isti baxır və Fələstin hökumətini (35%) İsrail hökuməti (34%) kimi müsbət qiymətləndirirlər.

 

İctimai fikir siyasi partiyalara görə də önəmli dərəcədə fərqlənir.  Respublikaçılar və Respublikaçılar Partiyasına meyil edənlər İsrail xalqına (78%) Fələstin xalqından (37%) daha isti yanaşırlar. İsrail hökumətinə (66%)  Fələstin hökümətindən (18%) müsbət baxırlar.

Bunun əksinə olaraq, Demokratlar və Demokratlara meyillilər İsrail və Fələstin xalqı haqqında eyni dərəcədə müsbət fikirdədirlər (müvafiq olaraq 60% və 64% müsbət). Onlar İsrail hökumətini Fələstin hökuməti ilə demək olar ki, bərabər qiymətləndirirlər (34% və 37%).

Əhalinin təxminən üçdə biri torpağın iki ölkə arasında bölünməsinin - uzun müddətdir ABŞ diplomatiyası tərəfindən dəstəklənən "iki dövlətli həll" variantının ən yaxşı həll olduğunu deyir (35%). Lakin təxminən dörddə biri (27%) əksər hallarda israillilər və fələstinlilərdən ibarət hökumətin olduğu tək bir dövlətin meydana çıxmasına üstünlük verirlər. ABŞ-da respondentlərin üçdə birindən çoxu (37%) isə  ən yaxşı nəticənin nə olduğuna əmin olmadığını bildirir.

Yanaşmalarda yaşa görə fərq özünü göstərir. Yaşlı amerikalılar “iki dövlətli həll”in münaqişənin mümkün olan ən yaxşı həlli olacağını söyləməyə gənclərdən daha çox meyillidirlər, 30 yaşdan kiçiklərin əksəriyyəti isə nəyin daha yaxşı olduğuna əmin deyillər.