Yuxarıya
skip to main content

Britaniyalılar yaşayış xərclərinin artmasından narahatdırlar/ SORĞU

25.05.2022

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzinin Böyük Britaniyada keçirdiyi yeni sorğu göstərir ki, bir çox britaniyalılar yaşayış qiymətlərinin artmasına cavab olaraq tədbirlər görürlər.

Sorğuda iştirak edənlərin təxminən üçdə ikisi (65%-i) yaşayış qiymətləri artdıqca qənaət üçün istiliyi yandırmalı olduqları zamanlarda söndürdüklərini, yarısı (52%-i) isə artıq sosiallaşmaq üçün normaldan az bir yerə çıxdıqlarını deyiblər.

Nəticələrə əsasən, britaniyalıların təxminən dörddə biri yaşayış böhranına cavab olaraq yemək vərdişlərində azalmalar edirlər(%27).

Görülən digər tədbirlərə öz supermarketlərini daha ucuz alternativlərə dəyişmək (44%), avtomobillərini daha az sürmək (44%) və daha ucuz enerji təminatçıları axtarmaq üçün qiymətləri müqayisə edən internet saytlarından istifadə etmək (39%) daxildir.

 

Əksər britaniyalılar növbəti 6 ay ərzində əsas malların qiymətlərində artım olacağını gözləyirlər. Sorğuda iştirak edən on nəfərdən doqquzu (87%) kommunal xidmətlərin bahalaşacağına inanır, oxşar nisbətdə respondentlər isə qidaların (86%) və digər məişət alış-verişlərinin (80%) qiymətinə eyni təsir olacağını təxmin edirlər.

Respondentlərin 73%-i avtomobil yanacağı qiymətlərinin artacağını düşünür, 64%-i isə sosiallaşmaq üçün xərclərinin (kinoteatr, kafe-restoranlar, klublar və s.) artacağına inanır. Sorğu iştirakçılarının yarıdan çoxu (56%-i) media və ya istirahətə  aid abunə xərclərinin artacağına inanır, 43%-i isə ipoteka və ya icarə haqlarının bahalaşacağını gözləyirlər.

 

Təəccüblü deyil ki, britaniyalıların böyük əksəriyyəti yaşayış  xərclərinin artması və onun göstərəcəyi təsirlərdən narahatdır. Sorğuda iştirak edənlərin  89%-i bütövlükdə ölkə üçün, 83%-i isə şəxsən özlərinə təsirlərdən narahatdır. Respondentlərin 79%-i isə  artımın öz ərazilərindəki insanlara göstərəcəyi təsirlərdən narahatdır.

Sorğununun nəticələrinə əsasən, britaniyalıların təxminən dörddə üçü (76%) hesab edir ki, Böyük Britaniya hökuməti yaşayış xərcləri ilə bağlı yerli ərazilərə kifayət qədər dəstək vermir, yalnız 10%-i  lazımi miqdarda, 8%-i isə həddindən artıq çox dəstək verdiyini söyləyir.