Avropanın enerji problemi ilə mübarizəsi davam edir/ ARAŞDIRMA
Avropalıların 85%-i rus yanacağından xilas olmaq istəyir - SORĞU
Avropa tarix boyunca müxtəlif dövrlərində ağır sınaqlardan keçməklə indiki strukturunu inşa edib. Bu da ümumilikdə Avropanın böhran dövrlərində də formalaşmasına yardımçı olub. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı (Aİ) İkinci Dünya Müharibəsinin dağıntılarını və yaralarını sağaltmaq məqsədilə yaradılıb. Berlin Divarının dağıdılması Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatlarında yüksəliş dövrünün başlanğıcı olub. 2008-ci il maliyyə böhranı və ondan sonra baş verən avrozona böhranı Avropa ölkələri arasında daha çox maliyyə əməkdaşlığına səbəb olub. Daha sonra COVID-19 pandemiyası “NextGeneration” ‘’Aİ’’ fondu vasitəsilə daha yüksək səviyyədə maliyyə koordinasiyasına gətirib çıxardı.
Gələcək qayğıları və təhlükələri nəzərə alan Avropa Komissiyası son həftə ərzində ‘’REPowerEU’’ adlı planını dərc edib. Bu nəşr Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması nəticəsində yaranan çətinliklərə və qlobal enerji bazarının pozulmasına cavab xarakteri daşıyır. Avropanın enerji sisteminin transformasiyasına cəhdlər üçün aydın səbəblər var:
- ‘’Aİ’’-nin iqtisadi və siyasi silah kimi istifadə edilən və Avropa vergi ödəyicilərinə ildə təxminən 100 milyard avroya başa gələn Rusiyadan enerji asılılığına son qoymaq.
- İqlim böhranı ilə mübarizə.
Avropa məhz kollektiv olaraq Rusiyanın yanacağından asılılığını mərhələli şəkildə aradan qaldıra bilər. Avropalıların 85%-i hesab edir ki, ‘’Aİ’’ Ukraynanı dəstəkləmək üçün tezliklə Rusiya qazı və neftindən asılılığını azaltmalıdır.
’REPowerEU’’ planına görə enerjiyə qənaət, enerji təchizatının şaxələndirilməsi və evlərdə, sənayedə elektrik istehsalında qalıq yanacaqlara alternativlərin tapılmasını özündə ehtiva edir.
Enerjiyə qənaət mövcud enerji böhranını həll etmək və ödənişləri azaltmaq üçün ən sürətli, həm də ən ucuz yoldur.
Hazırda enerjiyə qənaət etmək gələn qışın potensial problemlərinə hazırlaşmağa kömək edəcək. Buna görə də Komissiya həmçinin qaz və neft tələbatını 5% azalda biləcək.
Avropa Komissiyası İttifaqa üzv dövlətlərini kommunikasiya kampaniyalarına başlamağa təşviq edən qısamüddətli dəyişiklikləri təfərrüatlandıran “Aİ Enerjiyə qənaət Kommunikasiyası” bəyənatını dərc edib.
‘’Aİ’’ bir neçə aydır ki, tədarükləri diversifikasiya etmək üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə yanaşı, yeni kəmərlərlə qaz tədarükünü təmin etməyə çalışır.
Növbəti addım olaraq Komissiya iştirakçı üzv dövlətlər adından qaz alışı ilə bağlı danışıqlar aparacaq və müqavilə bağlayacaq.
https://ec.europa.eu/commission/presscorner/detail/en/IP_22_3131