Yuxarıya
skip to main content

Hər üç amerikalıdan biri pandemiyanın bitdiyini düşünür – SORĞU

23.05.2022

ABŞ-da COVID-19-a yoluxma halları artım təşkil etsə də, vətəndaşların 34%-i pandemiyanın bitdiyini, böyük əksəriyyəti isə öz həyatlarının normala döndüyünü düşünür.

Yenə də ABŞ-da yetkin insanların yarısı həyatlarının heç vaxt pandemiyadan əvvəlki normal vəziyyətə qayıdacağını düşünmür və təxminən dörddə üçü ABŞ-da COVID-19 ilə əlaqəli həyat standartlarının pozulmasının ilin sonuna və ya daha uzun müddətə qədər davam edəcəyini güman edir.

Bu nəticələr ‘’Gallup’’-un  sonuncu onlayn sorğularından birində üzə çıxıb.

Aprelin 27-də həkim Entoni Fauci televiziyaya verdiyi müsahibədə ölkədə xəstəxanaya yerləşdirmə və ölüm hallarının "aşağı səviyyədə" olduğunu əsas götürərək, ABŞ-ın "pandemiya mərhələsindən çıxdığını" iddia edib. O pandemiya bitməsə də, ölkənin hazırda pandemiyanın idarə olunan fazasına keçdiyini bildirib.

https://lh6.googleusercontent.com/X6Qn3eVzeT7ib8PG4WerIaia665yNHqjilMLIQFvxDWWsS49TcTcSwQX9D-DePAYSeqEKYuB1GwCPbxBISMTggcOisj35nNi3rVoXR9Jp3TqxvY6yFO7JhCbOMZPslrHdPBgs9f5DFZC2EpxKQ

  • Yaşıl ox – Pandemiyanın bitdiyini düşünənlərin faiz nisbəti

Hər sorğuda olduğu kimi burada da amerikan elektoratının fikirləri bir-biri ilə ziddiyət təşkil edir.

Respublikaçılar COVID-19 xəstələyinə yoluxmaqdan Demokratlara nisbətən daha az narahatdır. Həmçinin onların pandemiyanın bitdiyini düşünənlər arasında faiz nisbəti demokrat elektorata nəzərən daha çoxdur (67% - 10%).

COVID-19-un son dalğası ABŞ-ın şimal-şərqinə digər bölgələrə nisbətən daha çox zərbə vurub və bu ərazidə yaşayan amerikalıların pandemiyanın yekunlaşmasını düşünmə ehtimalı ölkənin digər bölgələrdə yaşayan sakinlərinə nisbətən bir qədər azdır. Orta yaşlı amerikalılar pandemiyanın sona çatdığını düşünsələr də, gənc və daha yaşlı insanlar isə bu fikirdə deyillər.