Yuxarıya
skip to main content

ABŞ vətəndaşları ən çox nədən qorxur?/ SORĞU

20.05.2022

"Pew Research" sorğu mərkəzi ABŞ-da araşdırma həyata keçirib.

Araşdırma nəticəsində müəyyən olunub ki, əhalinin 61% Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq üçün xilas yolunu ABŞ-ın daha çox qaz istehsal edərək, onu Avropaya ixrac etməkdə görürlər. 37% respondentlər ABŞ-ın indikindən daha çox qaz istehsal etməsinə qarşı çıxış edirlər.

Gellap Beynəlxalq sorğu mərkəzi isə Amerika vətəndaşlarını ən çox narahat edən maliyyə məsələlərini araşdırıb.

2022-ci ildə amerikalıları ən çox narahat edən maliyyə məsələləri: aylıq ödənişi etməyə vəsaitin çatmaması (40%), öyrəşdiyi həyat standartına mümkün risklər (52%), kirayə, ipoteka və digər mənzil məsələsi (35%), kredit üzrə ödənişlərin edilməsi (22%), pensiya üçün lazımı qədər vəsaitin olmaması (63%), adi xəstəliklərin müalicəsi üçün tibbi xidmət haqqları (43%), ciddi xəstəliklərin müalicəsi üçün tibbi xidmət haqqları (56%), uşaqların ali təhsil xərcləri (36%).

2022-ci ildə amerikalıları ən çox pensiya və ciddi xəstəliklərin müalicəsi üçün tibbi xidmət haqqı (63% və 56%) narahat etsə də, 2021-ci il ilə müqayisədə ən yüksək artım tempi aylıq ödənişi etməyə vəsaitin çatmaması və öyrənmiş olduqları həyat standartlarına mümkün risklər kateqoriyaları tutur. Birinci kateqoriya 2021-ci il ilə müqayisədə 8%, ikincisi isə 7% artım nümayiş etdirmişdir.