Yuxarıya
skip to main content

Dünya yeni iqtisadi böhranla üz-üzə/ SORĞU

19.05.2022

İqtisadi böhranın yaxınlaşdığını təkcə rəqəmlər demir - iqtisadi psxiologiya da göstərir ki, sosio-psixoloji durum gərginləşir, paralel olaraq, cinayətlər artır, aqressiya yüksəlir, münasibətlər zənciri qırılır və nəticədə cəmiyyətdaxili stabil əlaqələr xaosla əvəz olunmağa başlayır.
 

Elə isə bu gün açıqlanan sorğudan da görə bilərik ki, (mənbə: poll.qu.edu) "Amerikalılar tənəzzülün sadəcə təhlükə deyil, yaxınlaşan reallıq olduğuna inanırlar".


Yəni, sorğunun nəticələrinə görə amerikalıların böyük əksəriyyəti (85 faiz) gələn il iqtisadi tənəzzülün çox böyük ehtimal olduğunu düşünür.


12 faiz isə əksinə fikir yürüdür.


Yeri gəlmişkən, bu, Bayden dönəminin ən pis göstəricisidir və ABŞ-da belə sorğularda mütləq dövrün prezidentinin inflyasiyaya nəzarət imkanları da ölçülür.


Əhalinin cəmi 29 faizi Baydeni bu mənada uğrulu sayıb.

 

Əziz Əlibəyli