Yuxarıya
skip to main content

Rusiya əhalisi nüvə silahı haqqında nə düşünür?/ RƏY SORĞUSU

28.04.2022

Rusiya-Ukrayna gərginliyi fonunda nüvə silahları istifadəsi ilə bağlı problemlərin aktiv müzakirəsi aparılır.

Bəşəriyyəti təhdid edən bu tip addımlar (nüvə reakorlarından şantaj üçün istifadə) həqiqətən qlobal fəlakətlərə səbəb ola bilər.

Ötən il "VÇİOM" Rusiyada nüvə silahı haqqında əhalinin fikirlərini öyrənib. 

Rusların əksəriyyəti hesab edir ki, Rusiyanın nüvə silahına ehtiyacı var (83%).

Hər onuncu respondent nüvə silahına ehtiyac görmür (11%), xüsusən də gənclər: 18-24 yaşlı hər beşinci şəxs (18%) bu fikri ifadə edir.

Yaşlı nəsil isə əks fikirdədir: 60 yaşdan yuxarı vətəndaşların 88%-i nüvə silahını zəruri hesab edir.

Nüvə silahını zəruri hesab edənlər ən çox bunun düşmənin Rusiyaya hücumu zamanı lazım olduğunu (31%), siyasi alət olduğunu (12%) və ölkənin düşmən qüvvələrin əhatəsində olduğu bir şəraitdə əhəmiyyətli olduğunu iddia edirlər (11%).

25-34 yaş arası respondentlər nüvə silahının müdafiə funksiyasından daha çox danışırlar (35%), 24 yaşından kiçik gənclər isə başqalarına nisbətən onu siyasi alət hesab edirlər. Yaşlı nəslin nümayəndələri (17%) daha çox xarici düşmənlərdən və Rusiyaya qarşı pis münasibətdən danışıblar.

Nüvə silahlarının qorunub saxlanmasının əleyhdarları hesab edirlər ki, bunun mənası yoxdur (opponentlər qrupunun 28%-i), bir qrup respondent isə deyib ki, nüvə müharibəsi təhlükəsi yoxdur (27%) və dünya sülhünü təmin etmək üçün onlardan imtina etmək lazımdır (20%).