Yuxarıya
skip to main content

Ukraynalılar sorğuda hansı cavabı veriblər?

06.04.2022
Ukraynada NATO ilə bağlı sorğu keçirilib.  
“Reytinq” Sosioloji Qrupunun 30-31 mart tarixlərində keçirdiyi sorğunun nəticələrinə görə alyansa qoşulmağa dəstək verənlərin sayının aşağı düşdüyü bəlli olub.
Sorğunun nəticələrinə görə, vətəndaşlar arasında NATO-ya üzvlüklə bağlı dəstək səviyyəsi azalmaqda davam edir.

Genişmiqyaslı müharibənin ilk günlərində Ukraynanın NATO-ya daxil olmasına dəstək 62%-dən 76%-ə yüksəlsə də, ilk həftədə dəstəyin 72%-ə qədər azalması müşahidə edilib.

"Martın sonuna dəstəklə bağlı rəqəm 68% təşkil edib. Yəni müharibədən əvvəlki rəqəmlərə yaxınlaşır", - hesabatda deyilir.

Sorğu üsulu kompüterdən istifadə edərək və ya telefonla müsahibə şəklində qurulub.