Yuxarıya
skip to main content

Pandemiya dövründə Azərbaycanda miqrasiyanın vəziyyəti

10.11.2021

2020-ci ildə pandemiyanın gətirdiyi ağır sınaqlarına baxmayaraq, Azərbaycanda miqrasiya saldosu müsbət olub. Belə ki, ötən il miqrasiya saldosu 1,1 min nəfər təşkil etməklə, 2019-cu illə müqayisədə 63,6 faiz artıb. Qeyd edək ki, 2019-cu ildə miqrasiyanın müsbət saldosu 400 nəfər olub. Ümumilikdə isə, ötən il miqrantların sayında əvvəlki illərlə müqayisədə azalma baş verib. Azalmasının əsas səbəblərindən biri dünyada pandemiyanın gətirdiyi yeni düzənin, ölkələrin sərhədlərinin bağlanmasının miqrasiya prosesinə göstərdiyi təsirlərdir. Bu baxımdan, Azərbaycanda da immiqrant və emiqrantların sayı 2019-cu illə müayisədə keçən il aşağı düşüb.   

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2020-ci ildə təqribən 600 nəfər ölkəni birdəfəlik tərk edib, 1700 nəfər yaxın miqrant isə Azərbaycanda daimi oturum alıb. 2019-cu ildə isə bu göstəricilər emiqrantlar üçün 1,6 min nəfər, immiqrantlar üçün isə 2 min nəfər təşkil edib.

Hansı ölkə vətəndaşları Azərbaycanda daimi yaşamağı seçir?

2020-ci ildə Azərbaycanda oturum alanları arasında Gürcüstan (663), Rusiya (448) və Türkiyə (112) vətəndaşları ilk sırada yer alır. Bundan sonrakı yerlərdə İran, Türkmənistan, Ukrayna, Qazaxıstan, ABŞ, Moldova və sair ölkələr gəlir. 

İnfoqrafika 1.

 

Bəs, azərbaycanlılar daha çox hansı ölkələrə daimi yaşamaq üçün köçüblər?

2020-ci ildə Azərbaycan vətəndaşları daha çox təbii olaraq, Rusiyaya köçüblər-296 nəfər. Bir qədər qəribə görünsə də, Qazaxıstanda yaşamağa üstünlük verənlər (124 nəfəri) siyahıda ikinci yerdədir.  Sonrakı yerlərdə Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələr gəlir.

 İnforqfika 2.

 

Beləliklə, azərbaycanlılar daha çox MDB ölkələrinə köçərək yaşamağa üstünlük verirlər. DSK-nin məlumatına əsasən, ötən il 470-nəfərə yaxın MDB ölkərinə, 103 nəfər digər ölkələrə miqrasiya ediblər.  Azərbaycanda oturum alan immiqrantların arasında isə 735 nəfər MDB ölkələrinin, 934 nəfər digər ölkələrin vətəndaşları təşkil edib.


Vüsalə Rüstəmova

Sosial-İqtisadi Təhlil Departamenti