Yuxarıya
skip to main content

85 faiz sistemə inanmır- Qərbdəki sorğu nələri ortaya çıxardı?

28.10.2021

Rebeka Steffof ABŞ tarixi ilə bağlı yazdığı yazılarda təqdimatın reallıqla uyuşmadığını dəfələrlə vurğulayıb. Özünü dünyaya başqa formada təqdim edən ölkələrin bir çoxunda daxili fon tamam başqa reallığı ortaya çıxarır.


“Pew” Araşdırma Mərkəzi 2021-ci ilin fevral ayında inkişaf etmiş iqtisadiyyata malik 17 ölkədə apardığı sorğu həyata keçirmişdi. Sorğunun nəticələri dünya mediasında maraqla gözlənilirdi.

Sorğuda amerikalıların öz sistemlərindən ən çox narazı olan xalqlardan biri olduğu ortaya çıxıb. ABŞ-da sorğuda iştirak edən yetkin insanların 85 faizi siyasi sistemlərində əhəmiyyətli dəyişikliklərin olmasını, 76 faizi səhiyyə sistemində, 66 faizi isə iqtisadiyyatda yeniliklərə ehtiyac olduğunu deyiblər.

Sorğuda iştirak edən 17 ölkədən 13-nün vətəndaşları bildiriblər ki, onların siyasi sistemləri dəyişməlidir.

Amerikalıların yalnız 41 faizi demokratiyanın işlək olduğunu düşünür. Əslində bu da onu göstərir ki, “amerikan demokratiyası” sadəcə təbliğat anlayışından başqa bir şey deyil.

Sorğuda iştirak edən amerikalıların 85 faizi tam siyasi islahatlara çağırsa da, İtaliya (89 faiz) və İspaniyada (86 faiz) rəqəmləri sistemin lokal narazılığı hansı həddə gətirdiyini göstərir.

Sorğu həmçinin amerikalılar arasında iqtisadi dirçəlişlə bağlı geniş narazılığın olduğunu göstərib. ABŞ-da təxminən 66 faiz iqtisadiyyatdan narazı olduğunu bildirib. Sorğunun nəticələrinə görə, yalnız İtaliya (85 faiz), Yunanıstan (84 faiz), İspaniya (83 faiz) və Cənubi Koreya (72 faiz) vətəndaşları amerikalılardan daha çox iqtisadiyyatdan narazıdırlar.

Başqa coğrafiyalarda daxili demokratiyadan danışan və başqa ölkələrin daxili işlərini qlobal missiya adı ilə pərdələməyə çalışan qoca imperializmin dişləri öz daxilindəki ədalətsizlikləri işıqlandırmaq istəyənləri isə susdurmağa çalışır.

ABŞ tarixini incələyən Hovard Zinnin araşdırmaları insanlardan gizlədilən həqiqətləri üzə çıxarmaq üçün əla istinad nöqtəsi ola bilər.