Yuxarıya
skip to main content

Ermənistanın siyasi landşaftı məhv olub- Özləri etiraf edirlər...

16.09.2021

Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbə Ermənistandakı ictimai-siyasi münasibətlər sisteminə də böyük zərbə vurub. İstefa dalğası, kadr çatışmazlığı, siyasi güvənsizlik və vətəndaş etimadsızlığı vəziyyəti daha da qəlizləşdirir.

Müxalif "Hayastan" ("Ermənistan") fraksiyasından olan deputat Armen Gevorkyan Telegram kanalında ABŞ Respublikaçılar İnstitutunun yeni ictimai rəy sorğusunun bu yaxınlarda dərc olunan nəticələrini təhlil edib. Gevorkyan Nikolizmin Ermənistanın gələcəyini məhv etdiyini dəfələrlə bəyan edən deputatdır. Bu dəfə isə o yazır:


"Diqqətinizi çəkmək istədiyim bir neçə maraqlı cəhət: Birincisi, əhalinin hazırkı hakimiyyətdən gözlədiyi vəzifələrin prioritetidir.


Əhəmiyyətinə görə ilk 5 -lik:


- Təhlükəsizlik problemlərinin həlli


- Sosial şəraitin yaxşılaşdırılması


- Ordunun gücləndirilməsi


- Yeni iş yerlərinin açılması


- İqtisadi artım.


İkincisi, çoxlarının səsvermədə iştirak etməməsinin səbəbi. Çox maraqlı cavablar eşidirəm.


İlk üçlük azalan sıradadır:


- Vaxt yoxdu


- Partiyaların və liderlərin heç biri məni ruhlandırmadı


- Seçkilər vəziyyəti dəyişə bilməzdi.


Üçüncüsü, əhalinin koronavirusa olan münasibətidir - problemin əhəmiyyəti və mürəkkəbliyi haqqında bir anlayış var, ancaq həll yollarına adekvatlıq yoxdur.


Bəzi ilkin nəticələr:


1. Uzun illər ərzində ilk dəfə olaraq əhalini təhlükəsizlik məsələləri narahat edir və iqtisadi vəziyyət və sosial vəziyyət prioritet olaraq qalmağa davam edir. Ədalət məsələləri 9 -cu yerdədir. Və səlahiyyətlilər bizə hansı gündəmi təklif edirlər ???


2. Hazırkı siyasi partiyalar və şəxsiyyətlər səs verməyən seçicilərin motivasiyasından narahat olmalıdırlar.  Cavablara görə, Ermənistanın siyasi mənzərəsi ölkə üçün fəlakətli nəticələrə səbəb olacaq quraqlıq dövrünə girə bilər ”, - deyə o yazıb.

 

 

Beləliklə, aydın olur ki, Ermənistanda keçirilən bütün rəy sorğuları bir nəticəni təxmini ümumiləşdirməyimizə kömək edir: ölkənin gələcəyi ilə bağlı xalqın heç bir pozitiv inamı qalmayıb. Vətəndaş ümidsizliyi isə iqtidar-müxalifət kalssikasından üstdə dayanır. Vətəndaş olmayan yerdə, vətəndaş inanmayan ölkədə dövlət aparatı həmişə məğlubiyyətə məhkumdur. 

Bunların fonunda Ermənistandan qaçanların sayı da böyüyür. Təhlükəsizlik və Demokratiya QHT-nin rəhbəri Naira Zohrabyan Ermənistanın ermənisiz qalmaq üzrə olçağı barədə haray-həşir salır.

Ermənistanda siyasi diskomfortluq, mənəvi reqressiya daimidir bundan sonra.

Tural İsmayılov