Yuxarıya
skip to main content

Azərbaycanın qələbəsi Ermənistanın daxili siyasətindəki təbliğatları da darmadağın edir

14.09.2021

Azərbaycanın 44 günlük savaşda qazandığı qələbədən sonra Ermənistan daxilində ciddi siyasi xaos davam edir.

Eyni zamanda Ermənistanda siyasi münasibətlər kövrək olaraq qalmaqda davam edir. Ermənistanın ağır vəziyyəti ilə bağlı təhlillər daim aparılır.

Bu dəfə isə Ermənistanın apardığı aqressiv düşmənçilik şüurunun da artıq iflasa uğramağa başladığı ortaya çıxır. Ac-yalavac və çarəsiz halda qalan erməni xalqı rəsmi dövlət ideologiyasından üz döndərməyə başlayır deyəsən.

Ermənistandakı "Verelq" media platforması "Azərbaycanla sülh istəyərsizmi" sualı ətrafında sorğu keçirir. 14 sentyabr 2021-ci ildə olan nəticələrə görə sorğuda iştirak edənlərin böyük əksəriyyəti suala "hə" cavabı verib.

Ermənistanın sülhdən başqa yolu yoxdur artıq!

 

Tural İsmayılov