Yuxarıya
skip to main content

Türkiyədəki sorğuda Azərbaycan yenə liderdir/ Kadir Has Universitetinin nəticələri

05.07.2021

Türkiyənin Kadir Has Universiteti iyun ayında Türkiyənin xarici siyasət kursu ilə bağlı bir çox məqamın yer aldığı sorğu keçirib və nəticələrini ictimailəşdirib.

Sorğu nəticəsində ABŞ-ı təhdid olaraq görənlərin nisbəti azalıb, Aİ üzvlüyünə dəstək isə artıb.

Hər il Kadir Has Universiteti tərəfindən hazırlanan Türkiyənin Xarici Siyasəti İctimai Qavrama Anketinin 2021-ci il hesabatına görə, Türkiyənin ən yaxın dostu Azərbaycan olduğu halda, təhlükə yaradan ölkələrin siyahısına ABŞ başçılıq edir. "Hansı ölkə Türkiyənin ən yaxın dostudur"  sualına respondentlərin 56,6 faizi “Azərbaycan” cavabını verib. Şimali Kipr 49,7 faiz ilə Azərbaycanı izləyib.

ABŞ "hansı ölkələr Türkiyəni təhdid edir?" sualına verilən cavablarda birinci yeri qoruyub. Bununla birlikdə, son iki ildə ABŞ-ı Türkiyənin təhdidi görmə nisbəti  81,3-dən 54 faizə enib. İsrail isə 41,8 faiz ilə ikinci sırada yer alıb.


Keçən ilə nisbətən Türkiyənin Aİ üzvlüyünə dəstəkdə 12 faiz artım var. 59,3 faiz respondent Türkiyənin Aİ-yə üzvlüyünü dəstəklədiklərini bildirib.

Anketə görə, hər beş nəfərdən üçü ABŞ və Türkiyə arasındakı münasibətlərin mənfi olduğunu düşünür. ABŞ-ı "etibarsız bir ölkə" olaraq görənlərin nisbəti  33,5 faiz, "düşmən ölkə" olaraq görənlərin nisbəti 19,2 faizdir.

Türkiyənin NATO üzvlüyünün davam etməsi lazım olduğunu düşünənlərin nisbəti 54 faiz olaraq təyin olunduğu halda, münasibətlərin dondurulacağını düşünənlər bir il içində yüzdə 10,2-dən yüzdə 20-yə yüksəlib.

NATO üzvlüyünə xitam verilməli olduğunu düşünənlərin nisbəti 18,8 faizdən 7,8 faizə enib.  Anketə görə, özlərini "mühafizəkar / dindar" olaraq təyin edənlərin nisbəti 33,5-dən  27 faizə endi.

Siyasi baxışlarını "millətçi" olaraq təyin edənlər yüzdə 24,8, "Cümhuriyyətçi / Kamalist" olaraq təyin edənlər yüzdə 16,4 olub. 


Tural İsmayılov

STM-in baş məsləhətçisi