Yuxarıya
skip to main content

Gürcüstanın Qərbə və yaxın keçmişə münasibəti

16.06.2021

“Future of Georgia” (Gürcüstanın gələcəyi) yeni nəşrində yayınladığı rəy sorğusuna əsasən, gürcülərin böyük əksəriyyəti (78%) ölkənin həm iqtisadi, həm də mədəni baxımdan Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir.

 Buna baxmayaraq, münasibət birmənalı deyil - hər beş vətəndaşdan ikisi Avropa İttifaqını Gürcüstan üçün “mədəni təhlükə” hesab edir. 

 

Respondentlərin 69%-i hesab edir ki, Gürcüstan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra  etnik azlıqlara daha çox tolerantlıq göstərir. 22% isə bununla razılaşmır. 


57% düşünür ki, 1990-cı illərdə Abxaziya və Tsxinvali bölgələrində silahlı qarşıdurmaların qarşısı alına bilərdi.  Respondentlərin 67%-i özlərini daha çox vətəndaşı olduqları üçün tanıdırlar, 16%-ə görə isə etnik tərkibin önəmi çoxdur. Respondentlərin 62%-i Gürcüstan Konstitusiyası tərəfindən Gürcüstan Pravoslav Kilsəsinə  verilən xüsusi hüquqi statusu dəstəkləyir. 


Tədqiqata əsasən, əhalinin 39%-i hesab edir ki, Gürcüstanı ABŞ (23%) və Rusiyadan (13%) daha çox Avropa Birliyi dəstəkləyəcək. Sorğuda iştirak edənlərdən 15%-i   isə bu ölkələr və birliklərin heç birinin Gürcüstanı dəstəkləməyəcəyini, 8% isə məsələ ilə bağlı qərarsız olduğu bildirib. Maraqlıdır ki, etnik mənşəli gürcülər Aİ və ABŞ-ı Gürcüstanın əsas dəstəkçisi kimi gördükləri halda, etnik azlıqlar isə Rusiyanın adını çəkiblər. 

 

Respondentlərin 78%-i Gürcüstanın Avropa İttifaqına  inteqrasiyanı dəstəklədiyi halda, 14% bunun tamamilə əleyhinədir, 8% isə cavab verməkdə çətinlik çəkib. 
 

Sorğu nəticəsində məlum olub ki, Gürcüstan əhalisinin 64%-i  Sovet İttifaqının dağılmasınn  Gürcüstan üçün “yaxşı hadisə” olduğunu düşünür. Respondentlərin 28%-i bununla razı deyil, 9% isə cavab verməkdə çətinlik çəkir. 

 

Gənc , maddi imkanı daha yuxarı olan və təhsil səviyyəsi daha yuxarı olan paytaxt sakinlərinin dağılmağa “yaxşı bir hadisə” kimi baxmaq ehtimalı daha yüksəkdir.

 

Metodologiya

 

Bu ümummilli xalq sorğusu İsveç höküməti və Qafqaz Tədqiqat Resurs Mərkəzi tərəfindən dəstəklənən,  2020-ci il 10-28 sentyabr tarixlərində, Karnegi Avropa və Tbilisidəki Levan Mikeladze Fondu tərəfindən həyata keçirilən “Gürcüstanın Gələcəyi” layihəsinin bir hissəsidir.

 

Sorğuda 1928 respondent iştirak edib və xəta əmsalı 2,2%-dir.