Yuxarıya
skip to main content

2021-ci ilin mənəvi planı – özümüzü necə yaxşılaşdıraq?

19.01.2021

Yeni ildə bir çox insanlar həyatlarında yeni qərarlar alırlar. Bunlardan ən çox yayılanları daha çox idman etmək, sağlam qidalanmaq, pul yığmaq, arıqlamaq, stressi azaltmaqdır.  Bəziləri müəyyən insanlara münasibətdə daha yaxşı olmağa qərar verə bilərlər – ortağını tənqid etməməyə, yaşlı yaxınlarını daha tez-tez ziyarət etməyə, yaxın bir insana daha yaxşı dost olmağa söz verə bilərlər.

 

ABŞ-da aparılan bir tədqiqatın nəticələrinə görə, sadəcə 12 faiz insan daha yaxşı insan olmağa, mənəvi cəhətdən özünü yaxşılaşdırmağa qərar verir.

 

(http://maristpoll.marist.edu/1220-being-a-better-person-weight-loss-top-2018-new-years-resolutions/#sthash.TBcDuhGl.LzMhrdTB.dpbs)

 

Bunu belə açıqlamaq olar ki, bir çox insanlar öz rifahları üzərinə köklənirlər və  mənəvi cəhətdən daha yaxşı olmağı özlərinin maraqlarına uyğun saymırlar.

 

Ancaq günümüzdə ənənənəvi əxlaq qaydalarının adi  həyatla məhdud əlaqələri var. 

 

Çoxumuz oğurluq etməyə gərək duymuruq, bunu uyğun saymırıq, bir çox insan tapdığı içində pul olan cüzdanı da qaytaracaq. Bu cür əxlaqi baxışı qəbul edən və öz təməl ehtiyaclarını qarşılayacaq qədər dürüst bir həyat yaşayanlar  üçün yaxşı insan olmaq xüsusi bir qərara çevrilmir.

 

ABŞ-da yetkin insanlar arasında keçirilən anket sorğusunun nəticələrinə görə, respondentlərin 23 faizi həyatlarında hər hansı bir seçimin etik aspektlərini tez-tez düşündüklərini və araşdırdıqlarını bildiriblər.

­(https://www.amacad.org/humanities-indicators/humanities-american-life-survey/humanities-american-life-insights-philosophy)

 

Bəhs olunan sorğuda iştirak edənlərin 31 faizi həyatlarında seçimlərin etik tərəflərini bəzən düşündüklərini dilə gətiriblər, əxlaqi seçimlərin yalnız qeyri-adi şəraitlərdə ortaya çıxdığını, özlərinə gəldikdə isə artıq bu mərhələni keçdiklərini ifadə ediblər. Qalan 46 faiz isə ümumiyyətlə, etik tərəflər barədə düşünmür.

 

 

Bu nəticələr amerikalıların yarısının etikanı vacib saymadığı mənzərəsini yarada bilər. Ancaq sorğuda iştirak edənlərin 87 faizi uşaq bağçasından məktəbə qədər uşaqlara etikanı öyrətməyin vacib olduğunu söyləyiblər. Bu səbəbdən belə şərh etmək olar ki, amerikalıların ən azı dörddə üçü etikanın önəmli olduğunu hesab edir, lakin bunu çox düşünməyə və araşdırmağa gərək duymurlar.

 

Mütəxəssislər Agata Sagan və Peter Singer bu baxışı rədd edirlər. Onlar hesab edirlər ki, bu gün yaxşı insan olmaq düşünmək və çalışmaq tələb edir. Min illər boyu kiçik, üz-üzə cəmiyyətlərdə yaşayarkən formalaşan əxlaqi sezgilər artıq yetərli deyil. İndi etdiyimiz hərəkətlər və ya hərəkətsizliyimiz bütün dünyadakı insanlara və bu planetdə gələcəkdə yaşayacaq insanlara da təsir edir.

 

Onlar bildirirlər ki, biz hər zaman əxlaqi seçimlərlə üz-üzə qalırıq: iqlim dəyişikliyi, aşırı yoxsulluq, müxtəlif ferma təsərrüfatlarında milyardlara heyvanın həbs edilməsi, okeanlarda canlıların həddən artıq ovlanması və s. Pandemiya şəraitində pulumuzu necə xərcləməliyik, nə qədəriylə başqalarına kömək etməliyik, nə yeməliyik, öz bacarıqlarımızı başqalarına və dövlətimizə faydalı olmaq üçün necə istifadə etməliyik kimi qarışıq suallar ortaya çıxır. Mütəxəssislər qeyd edirlər ki, minlərlə il öncə formalaşmış əxlaqi qaydalar ortaya çıxan bu cür yeni vəziyyətlərdə bir işə yaramır və ya çox az yarayır.

 

Heç bir qısa qaydalar toplusu fərdlərin bu gün üzləşdiyi müxtəlif vəziyyətləri tam əks etdirə bilməz. Bu gün yaxşı bir insan olmaq zaman və düşüncə gərəkdirir. Baş qaldıran problemlər barədə özümüzü bilgiləndirməli, prioritetlərimizi müəyyənləşdirməli və ən çox harada fərq yarada biləcəyimizi düşünməliyik. Diqqətimizi şüurlu şəkildə etik yaşamağa yönəltməliyik. Həyat bizi əxlaqi cəhətdən çətin seçimlər qarşısında qoyana qədər gözləmək yalnışdır.

 


Hədəflər müəyyənləşdirmək, artırmaq və ardıcıl olaraq irəlilmək önəmlidir. Buna görə də əxlaqi bir plan qurun. Dəyərləriniz barədə düşünün və özünüz üçün önəmli olan bir və ya iki məsələni seçin. Daha sonra bu problemləri həll etmək üçün əlinizdən gələnləri nəzərdən keçirin. Faydalı olmaq üçün çalışın və etdiklərinizi bir yerə qeyd edin. Təbii ki, mükəmməl olmayacaqsınız. Ancaq uğurlarınızdan qürur duyun və gələcək aylarda, növbəti illərdə onları daha da artırmağı hədəfləyin.


 

Mənbə: https://www.project-syndicate.org/commentary/new-year-resolution-2021-become-more-ethical-by-peter-singer-and-agata-sagan-2020-12

 

    Tərcümə:

Şəfanə İbrahimova