Yuxarıya
skip to main content

İlham Əliyevin Qubadlı səfəri

24.12.2020
Ölkə başçısının Qubadlı səfərindən bu üç şəkil diqqətimi daha çox çəkdi...
 
 
 
 
 
 
Ötən gün Qubadlı rayonuna səfəri zamanı dövlət başçısı Qəzyan kəndinin adının ermənicə yazıldığı lövhəni görərək onu sökdürüb. İlham Əliyev həmin lövhəni tapdalayıb.
 
Bu olduqca maraqlı epizod idi. Və bu epizod mənə İkinci Dünya müharibəsinin sonunda sovet əsgərlərinin alman bayraqlarını paradda ayaqlar altına atıb tapdaması kadrlarını xatırlatdı.
 
Bəli, məğlub edilmiş düşmənin simvollarını, nişanələrini ayaq altına atıb tapdalamaq da müharibənin bir tərkib hissəsi, bir fraqmentidir. Bunlar mütləq olmalıdır. Bunlar ondan ötrüdür ki, düşmən psixoloji travma alsın, qüruru yerlə bir olsun.
 
İkinci şəkildə İlham Əliyev Ali Baş Komandan kimi əsgərlərimizlə birlikdə "Qarabağ Azərbaycandır!" deyir. Bu addım əsgərlərimizin mənəvi ruh yüksəkliyini artırmağa xidmət edirdi. Əsgərlərimizin üzlərindəki, gözlərindəki enerjiyə, coşquya diqqətlə baxın.
 
Üçüncü kadrda isə İlham Əliyev əlində Qubadlı məhsulu olan xurma tutaraq görüntülənib. Belə ki, dövlət başçısına Qubadlıda xurma sovqatı verilib.
 
Sovqata baxan dövlət başçısı bunları deyib:
 
"Əladır. Aparırıq Bakıya. Qubadlı xurmasından yeyəcəyik. Elə yerə qoyun, əzilməsin".
 
Bu da işğal bitəndən sonra yenidən öz sərvətlərimizə sahiblənməyimizin rəmzi fotosudur.
 
Yeri gəlmişkən, Qubadlı torpağı işğaldan azad edilən rayonlarımızın arasında ən bərəkətlisidir. Orda bitən meyvələr, məhsullar arasında necə deyərlər, can dərmanı da istəsən tapa bilərsən.
 
Ümumiyyətlə, Qarabağ bütövlükdə təbii sərvətlər xəzinəsidir. Qarabağ rayonlarının demək olar ki, hər birində nar və xurmadan tutnuş tütünə, tərəvəzə qədər hər şey bitir. Təsəvvür edin ki, ermənilər 30 il bu sərvətlərimizi mənimsəyib, bizim naz-nemətlərimizlə öz murdar varlıqlarını bəsləyiblər.
 
Lakin şükür ki, bu talana son qoyuldu, bu soyğunçuluq bitdi. İndi Allahın bu gözəl nemətləri yenidən öz millətimizə nəsib olmalıdır.
 
Bu üç fotoşəkil səmimi görüntüləri ilə diqqətimi çəkdi. Prezident bu kadrlarda kifayət qədər səmimidir. Prezidentin bu səmimiyyəti kaş ki, səhiyyə və təhsil sistemindəki məmurlara, məktəb direktorlarına da yaxşı mənada nümunə olsun. Hər kəs öz işində fədakarlıq göstərsin, vicdanla işləsin və vətəndaşlarla səmimi davransın.
 
Bax o zaman Vətən Müharibəsi günlərində formalaşmış milli birlik bundan sonra daha böyük uğurlara imza atmağımıza zəmin yarada bilər.
 
Bəybala Mirzəyev