Yuxarıya
skip to main content

Sahib Məmmədov:" Ermənistana rəhbərlik edən və müharibə cinayəti törədən hərbiçilərin məsuliyyətinə dair"

19.10.2020
  Ermənistan həyata keçirdiyi növbəti təcavüz zamanı da müharibə adətlərini, beynəlxalq humanitar hüququn prinsiplərini, o cümlədən Cenevrə konvensiyalarını və bu konvensiyalara əlavə olunan protokolları kobud surətdə pozmaqda davam edir.
 
  Baş verən müharibə cinayətlərinə görə dövlət olaraq Ermənistan dövlət olaraq hüquqi, siyasi və maddi məsuliyyət, müharibə cinayətlərini planlaşdıran, onların həyata keçirilməsinə rəhbərlik edən və icra edən şəxslər isə cinayət məsuliyyəti daşıyır.
Bilavasitə hərbi əməliyyatların əhatə dairəsində olmayan, əməliyyat zonasından 30-60- 80-100 kilometr və daha çox uzaq məsafədə olan şəhərlərə və digər yaşayış məntəqələrinə, o cümlədən ölkənin ikinci ən böyük şəhəri olan və yarım milyon əhalinin yaşadığı Gəncə şəhərinə idarəolunan raketlərlə atəş açılması, qadağan olunan silahlardan istifadə beynəlxalq cinayətlər qrupuna daxil olan cinayətlərdən biri olan hərbi cinayətdir. Televiziyalardakı şərhlərdə, hazırlanan bəyanatlarda, beynəlxalq platformalarda və sosial şəbəkələrdə verilən şərh və yazılarda bəzən bu cinayətlin adı başqa şəkildə verilir. Məsələn Gəncəyə ballistik raketin atılması terror cinayəti kimi qiymətləndirilir.
Əlbəttə Ermənistan terroru dəstəkləyən ölkələrdəndir. Ermənitan dövlətinin büdcəsi ilə terror təşkilatları maliyyələşdirilir. Ermənistan işğal edilmiş ərazilərimizdə terrorçuların təlim-məşq bazlarını yaradıb və terror aktları planlaşdıraraq həyata keçirir. Ermənistan dövlətinə rəhbərlik edən şəxslər də bu baxımdan terror cinayətlərinə görə məsuliyyət daşıyır. Amma hər bir cinayəti öz adı ilə demək daha yaxşıdır.
Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (Statute of İnternational Criminal Court) məhkəmənin yeridiksiyasına daxil olan 4 növ cinayətin təqib olunması göstərilir. Bunlar: Soyqırım cinayəti, hərbi cinayət, insanlıq əleyhinə cinayət və təcavüz cinayətidir. Hər bir cinayəyətə hansı əməllərin daxil olması da göstərilir. Hərbi cinayətlər uzun bir siyahıdır. Həmin siyahıda göstərilən hərbi cinayətlərdən bir neçəsini göstəririk.
Bunlar məhz son günlərdə Ermənistan hərbi caniləri və onlara rəhbərlik edən Ermənistan siyasi rəhbərliyi tərəfindən Azərbaycan xaqına qarşı həyata keçirliməkdə olan cinayətlərdir.
 
Hərbi məqsədlərə xidmət etməyən və hərbi hədəf olmayan mülki obyektlərə qəsdən hücum;
 
Humanitar kömək və ya missiya yerinə yetirən və ya BMT Nizamnaməsinə uyğun olraq sülhü təmin edən və hərbi əməliyyatlar dövründə beynəlxalq hüququa əsasən müdafiə altında olan mülki şəxslərə, nəqliyyat vasitələrinə və mülki obyektlərə qəsdən edilən hücumlar; 
 
 Hərbi məqsədə xidmət etməyən əşyaların genişmiqyasılı mənasız məhvi və ya mənimsənilməsi;
 
Müharibədə bilavasitə iştirak etməyən əhaliyə və ayrı-ayrı şəxslərə qəsdən hücum;
 
Mülki şəxslərin təsadüfü ölümünə və ya yaralanmasına və mülki obyektlərin uzunmüddətli və ciddi zədələnməsinə və ətraf təbii mühitə ciddə ziyan gətirən və hərbi üstünlüyün əldə edilməsi üçün adekvat olmayan qəsdən edilən hücumalr; Hərbi hədəf olmayan və müdafiə olunmayan şəhərlərə, kəndlərə, mənzil və digər mülki binalara atəş açılması və ya digər bütün vasitələrlə qəsdən hücum edilməsi;
 
Qeyd olunduğu kimi baş verən hərbi cinayətə görə Ermənistan bir dövlət olaraq hüquqi, siyasi və maddi məsuliyyət daşıyır.
Bəs canilər?
Onları mühakimə etmək mümkündürmü? İndiki halda bu, Azərbaycan Respublikası məhkəmələrində mümkündür.
Ərazi yurisdiksiyası üzrə Gəncə, Lənkərən və Naxçıvan ağır cinayətlər məhkəmələrində.
Bu baxımdan Azərbaycan Respublikası Baş Prokurorluğunun bu günlərdəki fəaliyyəti olduqca vacidir.
Prokurorluq orqanları mülki əhaliyə və mülki obyektlərə qarşı yönələn bütün hərbi cinayətlərlə bağlı cinayət işinə başlayır, müvafiq istintaq hərəkətlərini həyata keçirirlər.
Caniləri məhkəmələrimiz qarşısına çıxarmağın və ya digər legitim yollarla cəzalandırmağın yolları da var. Hazırda əməliyyat gedir və hərbi cinayət törədənləri bilavasitə legitim hərbi hədəf kimi məhv etmək olar.
Digər halda onları əsir götürməklə ədalət mühakiməsinə təqdim etmək olar. Nəhayət, tarixdən bir misal.
Nürnberq tribulalı bütün faşist canilərini mühakimə edə bilmədi. Tribunaldan yayınanları təqib etmək üçün İsrail dövləti və hətta qeyri-dövlət qurumları böyük işlər görə bildi.
Yalnız Simon Vizantal fondunun gördüyü işlər sayəsində yüzlərlə cani ifşa olunaraq məhkəmə qarşısına çıxarılıdı və ya başqa yollarla cəzalandırldı.
Faşistlərin hətta təqibdən yayınanları rahat həyat yaşaya bilmədi.
Onlar hər zaman yaxalanacaqları qorxu altında yaşadılar. Bəs beynəxlaq səviyyədə caniləri mühakimə etmək mümkündürmü?
Hazırda Niderlandın siyasi mərkəzi olan Haaqa şəhərində bir ad hoc cinayət tribunalı və bir daimi fəaliyyət göstərən Beynəlxalq Cinayət Məhkəməsi var.
Amma: BMT Təhlükəsizlik Şurasının 25 may 1993-cü il tarixli qətnaməsi ilə yaradılmış Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal.
Bu ad hoc tribunaldır və onun yurisdiksiyası konkret ərazi və vaxt çərçivələri ilə hüdudlanır. Bu tribunalın keçmiş Yuqosloviya ərazisindən kənarda baş verən hər hansı cinayəti təqib etmək üçün səlahiyyəti yoxdur.
1998-ci ildə qəbul olunmuş “Beynəlxalq Cinayət Məhkəməsinə dair Roma Statutu” əsasında 2002-ci ilin iyul ayında Haaqada yaradılmış permanenet məhkəmə olan Beynəlxalq Cinayət Məhkəməsi (International Criminal Court-ICC).
 
Bu məhkəmə də Azərbaycanda Ermınistan hərbi caniləri tərəfindən əvvəl və indi baş verməkdə olan hərbi cinayətləri və digər müharibə cinayətlərini törədənləri mühakimə edə bilərmi?
Birincisi, nə Azərbaycan, nə də Ermənistan Roma Statutunu ratifikasiya etməmişdir. İkincisi, Roma Statutunun 24-cü maddəsinə görə Statutun retroaktiv qüvvəsi yoxdur (ratione personae), yəni onun yurisdiksiyası geriyə şamil olunmur.
Məhkəmə 2002-ci ilin 1 iyul tarixində təsis olunmuşdur.
Məhkəmə bu tarixdən əvvəl baş verən cinayətləri təqib edə bilməz.
İstisna üzv dövlətin öz arzusu və xahişi ilə əvvəl baş verən və məhkəmənun yuristiksiyasına daxil olan cinayətlərin təqib olunması ola bilər.
 
Bəs hazırda baş verən cinayətlərə görə erməni siyasi rəhbərliyinin və hərbi canilərinin bu məhkəmədə mühakiməsi mümkündürmü?
 
 
Bir qədər sadə şəkildə yazaq ki, anlaşıqlı olsun.Bu iki halda ola bilər.
 
Birincisi, Statuta qoşulmayan dövlət, konkret halda isə Ermənistan dövləti əgər Beynəlxalq Cinayət Məhkəməsindən bunu xahiş edərsə və hərbi canilərlə bağlı istintaq matreallarını məhkəməya araşdırmaq üçün təqdim edərsə, ikinci hal isə əgər BMT Təhlükəsizlik Şurası BMT nizamnaməsinin VII fəslinə istinad etməklə vəziyyəti araşdıramq üçün Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun araşdırmasına verərəsə.
Göründüyü kimi nəzəri də olsa yol var. Amma praktiki olaraq indiki şəraritdə mümkün görünmür. Çünki BMT Təhlükəszizlik Şurasında veto hüququ olan beş daimi üzv var.
 
 
Dağlıq Qarabağ üzrə və ya konkeret canilərin mükahikiməsi üzrə hərbi Tribunal yaradıla bilərmi?
 
 
Nəzəri və hüquqi baxımdan bu mümkündür, praktiki baxımdan isə demək olar ki, yox. 
Belə Tribunalların yaradılması tarixinə baxdıqda da bu mümkünsüzlüyü aşkar görmək mümkündür. Belə tribunalın yaradılması üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır.
Belə qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin tam səsi lazımdır. Ən azı Rusiya və Fransa belə qətnaməyə səs verməyəcək.
Digər ciddi arqumentlər də var.
Məsələn Beynəlxalq Cinayət Məhkəməsinin xərclərini üzv dövlətlərin ayırdığı vəsait hesabına ödəyirlər. BMT TŞ qətnaməsi ilə yaradılmış Keçmiş Yuqoslaviya üzrə Hərbi Tribunalın isə xərcləri BMT requlyar büdcəsi hesabına ödənilir.
Kifayət qədər böyük xərcdir.
Həm də unutmayaq belə ad hoc tribunallar cinayət törətmiş fərdləri mühakimə edir. Hətta belə bir tribunal yaransa belə o çalışacaq ki, mühakimə olunan yalnız erməni canilər olmasın.
Azərbaycan hərbiçilərinə qarşı da cinayət işləri açıla bilər. Baxmayaraq ki, Azərbaycan ordusu beynəlxalq humanitar hüququn bütün prinsiplərinə dönmədən əməl edir. Amma biz bu dünyadan ədalət gözləyə bilmərik. Ermənilərin saxta ittihamları isə çoxdan hazırdı.
Qarabağın taleyini ordumuz həll edir, canilərin mühakiməsini də Azərbaycan məhkəmələrinin həyata keçirəcəyinə ümid etməliyik və bir an canilərin yaxlanması və ədalət mühakiməsinə təqdim olunması işini dayandırmalı deyilik.
Sadalanan cinayətlər üçün müddətlər yoxdur. Erməni caniləri cəzasını almalıdır və alacaq.