Yuxarıya
skip to main content

Yaponiyada əhalinin 70%-i onlayn işləmək istəyir

21.07.2020

Tədqiqatlara əsasən, Yaponiyada əhalinin 70%-i koronavirus pandemiyasından sonra  evdən işləmək tərəfdarı olduğunu bildirib. Hətta onlar buna görə xoşbəxt olduqlarını da dilə gətiriblər.

 

Belə ki, 24.8% evdən işləməyin qətiyyətlə tərəfdarı olsa da, 45.2% nisbət etibarilə bunun

əvvəlkindən daha əlverişli olduğunu düşünür.

 

 

Onlayn işləmək imkanı haqqında soruşulanda maraqlı cavablar gəlib. Belə ki, 68.2% heç bir stress yaşamadığını, 50.6%  uzaq və ya yaxın fərq etmədən daha ucuz evdə qalıb işini həll edə bilir, 47.7% isə ailəsinin qayğısına qalaraq işləyə bildiyini xüsusilə qeyd edib. 41.6% isə fiziki məhdudiyyətləri olanlar üçün bu iş sisteminin çox yaxşı şans olduğunu vurğulayıb.

 

Lakin, onlayn iş şəraitinin çatışmazlıqları haqqında isə 71.9% mütləq şəkildə ofisdə görülməli işlərin olduğunu deyib. 39.1% isə iş yoldaşları ilə münasibətlərinin nisbətən azaldığını etiraf edib. Digər problemlərə isə rəhbər və işçilər arasındakı ünsiyyət çətinlikləri (35.8%), iş zamanı uşaqlar və ya digər ailə üzvlərinin mane olması (30%), kommunal və ərzaq xərclərinin artması (29.9%) aiddir.

 

May ayında "Jiji Press" tərəfindən edilən ümummilli sorğu 18 yaşdan yuxarı 2000 nəfər arasında aparılmışdır və etibarlılıq dərəcəsi 51.3% alınıb.

 

Afaq Məmmədova