Yuxarıya
skip to main content

Sosial məsafəni necə saxlamalı?

01.04.2020

Son zamanlarda koronavirusun yayılmasının qarşısını almaq üçün sosial məsafəni qorumaq təbliğ edilir. Virusun yayılmaması üçün profilaktik tədbir görmək,dövlətlərin səhiyyə sistemini məhv etmə riskini azaltmaqdır. Əslində sosial məsafə ictimai yerlərdə insanların bir-birilə uzaqlaşması və az ünsiyyətdə olmasıdır. Lakin bu cür məhdudiyyətlər böyük çətinlik yarada bilər. Məsələ ilə bağlı fikir irəli sürmək üçün tibb elmi üzrə tədqiqatçı, Ariadne laboratoriyalarının və Harvard TH Chan Xalq Sağlamlıq Məktəbinin direktoru Asaf Bitton telefon bağlantı qurduq. O, müsahibə zamanı bir çox məsələlərə toxundu:  “Müasir dünyada əsas məsələ bütün insanların sürətə meyilli olmasıdır. Heç kim işini sabaha qoymaq istəmir...  Xüsusilə də koronavirus dövründə çoxuşaqlı ailələr sosial məsafəni qorumaqda müəyyən dərəcədə çətinlik çəkirlər. Çünki, sosial məsafə insanların fiziki cəhətdən bir-birindən ayrılmasını tələb edir. Sözsüz ki, bu bizim gündəlik həyat tərzimizə müəyyən qədər ziddir və eyni zamanda çətindir. İdmanla məşğul olmaq, açıq havada gəzmək, sosial şəbəkələrdə vaxt keçirmək karantin günlərindən səmərəli vaxt keçirməyin sadə yollarıdır. Lakin, həm ailə üzvlərinizlə, həm də digər insanlarla ara  məsafə saxlamaq zəruridir. Uşaqlı ailələr ictimai obyektlər bacardıqları qədər az istifadə etsinlər, plastik  və metal əşyalardan virusun üç günə qədər  yaşadığını unutmasınlar.

 

Koronavirusun əşyaların üzərində yaşaması ilə bağlı qorxu həddindən artıqdır və belə çöldə insanlarla vaxt keçirmək yoluxma riskini artırır. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ünsiyyət zamanı bir-birlərinə toxunmamasını məsləhət görür. Oyun meydançalarında oynamaq, parkda skamyada oturmaq təhlükəlidir. Tədqiqatlar zamanı bəzi səthlərdə virusun üç gündən doqquz günədək yaşadığı aşkar edilib. Biz nə qədər təmiz havanın xeyirli olduğunu təbliğ etsək də, insanların bu məsafəni qorumayaraq ünsiyyətdə olması narahatlıq doğurur.

 

Hazır yeməklərə gəldikdə isə təbii olaraq sifariş etmək evdə bişirilən yeməkdən daha risklidir. Çünki, bu halda yemək onu gətirən kuryer və istehlakçı arasında zəncir daha da təhlükəli olur. Bəs kiçik sahibkarla bu çətin dövrdə işlərini necə davam edə bilərlər? Vətəndaşlar virusa yoluxma riskini maksimum azaltmaq istəyirlərsə restoran və kafelərdən sifariş etməməlidirlər. Təəssüf ki, bütün restoran şəbəkələrində aşbazların və ofisiantların əlcək və xüsusi maska taxması haqqında qayda yoxdur.

 

Sosial məsafə, yoluxucu xəstəliklərin yayılmasını dayandırmağa və ya yavaşlatmağa istiqamətli xarici infeksiya nəzarət aktdır. Sosial məsafənin məqsədi, xəstəliyin ötürülməsi və ölüm hallarının minimuma endirilməsi üçün yoluxmuş insanlarla yoluxmayanlar arasında əlaqə ehtimalını azaltmaqdır.”

 

Dünya ölkələri sosial məsafənin saxlanmasına riyaət edir. Görüntüləri təqdim edirik:

 

Tibbi işçiləri nahar vaxtı, London, İngiltərə, 25 Mart 2020

 

 

Müştərilər restoran sifarişlərini gözləyərkən, Banqkok, Tayland, 24 Mart 2020

 

 

 

Koronavirus dövründə bankda növbə gözləyən insanlar, Texas, ABŞ, 24 Mart 2020

 

 

Sinqapurda bir restoran,  25 Mart 2020

 

 

Tesco marketdə sosial məsafənin saxlanmasına riayət edilir, London, İngiltərə, 24 Mart 2020

 

 

Parlament iclası, Ottava, Kanada, 24 Mart 2020

 

 

 

Maska fabriki, Lvov, Ukrayna, 24 Mart 2020

 

 

 

Tərcümə: Afaq Məmmədova