Yuxarıya
skip to main content

UNEC-də yeni təşəbbüsə start verilib - "Gələcək əsr deyil, əsərdir!"

15.03.2024

Azərbaycan Dövlət İqtisad Universitetində - UNEC-də yeni təşəbbüsə start verilib. Universitetdə bu gün  gələcəyin mədəni, elmi, ideoloji hədəflərinə həsr olunmuş "Gələcək əsr deyil, əsərdir!" başlıqlı müzakirə keçirilib.

Müzakirədə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc da iştirak edib.

Mözvu ilə bağlı UNEC rektoru, professor Ədalət Muradov öz "facebook" səhifəsində məlumat verib.

Rektor yazıb: "Prezident İlham Əliyevin "gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır" tapşırığına uyğun olaraq UNEC yeni təşəbbüsə start verdi. Bu gün “GƏLƏCƏK ÖZÜMÜ GƏLƏCƏK?” mövzusunda gələcəyin mədəni, elmi, ideoloji hədəflərinə həsr olunmuş "Gələcək əsr deyil, əsərdir!" başlıqlı ilk müzakirə keçirdik. Belə müzakirələr fərqli iştirakçılarla davamlı olacaq və müzakirə “DAHA tv” yootube kanalında yayımlanacaq".

Qeyd edək ki, müzakirələrdə UNEC rəhbərliyi ilə yanaşı, millət vəkilləri, tanınmış ziyalılar da iştirak edib.