Yuxarıya
skip to main content

“Sürət” sivilizasiyası və onun insani kataklizmləri (II hissə)

01.06.2023

Dəyişikliyin akselerasiyasının digər mühüm nəticələrindən biri də orqanizasional – təşkilati - dəyişiklikdir. Böyük və kiçik orqanizasional dizaynların dövrü fərdin hər hansı bir struktur ilə münasibətinin zaman anlamında getdikcə qısalması ilə qeyd edilməlidir. Hər bir dəyilşiklik ilə o özünü yenidən oriyentasiya etməlidir. Bu gün orta statistik bir fərd yenidən və yenidən təyinat alır, bir sub-strukturdan digərinə sürülür. Hətta o eyni bir departament daxilində qalsa belə, departamentin özünün təşkilatın sürətlə dəyişən tabelinə uyğun olaraq dəyişdiyini və mövqeyinin bütün bu labirintdə çox davamlı olmayacağını aşkar edir. Nəticə isə, insanın orqanizasional münasibətlərinin bu gün hər zaman olduğundan daha sürətli templə dəyişdiyindən ibarətdir. Ortalama bir orqanizasional münasibət daha az permanent, daha çox müvəqqətidir.

Orqanizasional iş həcminin yüksək dərəcəsi icraçıların “project” və ya “task-force” adlandırdıqları məfhumların dramatik şəkildə yüksəlişi ilə simvolizə edilir. Burada komandalar spesifik qisavədəli problemləri həll etmək üçün toplanılır. Ardınca, tamamilə bir mobil oyun meydançası kimi onlar parçalanır və insani komponentlər yenidən təyin edilir. Davamlı olması düşünülən tradisional bir bürokratik təşkilatın funksional departamentlərindən fərqli olaraq, “project” və ya “task-force” dizaynı etibarilə müvəqqəti və qısavədəlidir.

“Business Week”də qeyd olunur ki, layihə meneceri artıq ümumişlək anlayışa halına gəlib. Həqiqətən, layihə menecmenti ixtisaslaşmış icraçı sənətə çevrilib. Digər tərəfdən, ABŞ və Avropada azsaylı menecerlər qrupu var ki, onlar rutin və ya uzunvədəli əməliyyatları idarə etmək üçün heç vaxt bir yerdə dayanmayan layihədən layihəyə, şirkətdən şirkətə hərəkət edirlər. Layihə və “task-force” menecmenti üzrə yüzlərlə kitablar yazılır və satılır.

Xüsusi tapşırıq qüvvələri və digər ad hoc qruplar həm  ABŞ, həm də dünyanın digər ölkələrinin hökumət və biznes bürokratiyalarında sürətlə artmaqdadır. Üzvləri spesifik bir problemi həll etmək üçün bir yerə yığılan və sonra da dağılan bu keçici komandalar modern elmin səciyyəsi olmaqla yanaşı, elmi camiyənin kinetik xarakteristikasını açıqlayır. Onların üzvləri coğrafi olmasa da, orqanizasional olaraq konstant hərəkət halındadır. Ad hoc komandaları və ya komitələri permanent funksional strukturları əvəzləməsə də, onları təməldən dəyişdirir, insanlar və iqtidardan məhrum edir. Bu gün hələ də funksional bölgülər mövcud olmağa davam etsə də, layihə komandaları, xüusi tapşırıq timləri, və ya oxşar digər “orqanizasional strukturlar”ın sürətlə çoxalması qarşısında yox olmaqdadırlar. Və insanlar bir funksional təşkilatda təyin edilmiş mövqeni tutmaq əvəzinə, yüksək sürətlə irəli-geri hərkət halındadır. Onlar öz funksional “ev bazası”nı saxlayırlar, lakin müvəqqəti komanda üzvləri kimi davamlı olaraq xidmət göstərməyə məhkumdurlar.

Bu ad-hokratiya prosesi insanların təşkilati loyallıqlarını aradan qaldırır, iqtidar sıralamasını sarsıdır. Ona görə də, ad-hoc orqanizasiyaların yüksəlişinin bir bütöv olaraq cəmiyyətdə dəyişikliyin sürətlənməsinin birbaşa nəticəsi olduğunu bilmək çox mühümdür. Bu xüsusda, iqtidar münasibətlərində inqilabi bir dönüşü də qeyd etmək gərəkdir. Sadəcə böyük təşkilatlar öz daxili strukturlarını dəyişməyə və keçici komandalar yaratmağa vadar edilmir. Onlar həm də ənənəvi əmr-itaət zəncirini mühafizə etməkdə ciddi çətinlik yaşayır. Qərar verənləri onları sadəcə yerinə yetirənlərdən ayıran bürokratik iyerarxiyalar təməldən dəyişdirilir, neytrallaşdılır və ya da dağıdılır. MakCill Universitetindən Villiam Rid qeyd edir ki, qarşısılınmaz təzyiqlər iyerarxik düzənləmələrə ciddi zərbələr endirir. Böyük təşkilatların mərkəzi, həyati iş və qərarvermə-icraetmə prosesləri yuxarı və aşağıdan “yanlara” – lateral kommunikasiya - doğru dəyişib. Bu dönüş orqanizasional strukturda – insan münasibətlərində bir inqilabdır. Yanlara doğru (lateral) – təşkilatın demək olar ki, eyni səviyyəsində digərləri ilə - kommunikasiya quran insanlar aşağı-yuxarı iyerarxiyada rabitə qurmalı olanlara nəzərən fərqli davranır, daha müxtəlif təzyiq altında işləyir. 

Həyatın tempinin akselerasiyası ləngimənin hər bir dəqiqəsinin çox qiymətli məhsuldarlıq itkisi anlamına gəlir. Gecikmənin vurduğu zərərin maliyyəti getdikcə çoxalır. İnformasiya hər zaman olduğundan daha sürətlə axmalıdır. Eyni zamanda sürətli dəyişiklik, yeniliklərin auqmentasiyası, gözlənilməz problemlər ehtiyac duyulan informasiyanın miqdarını artırır. Yeni bir problemin öhdəsindən gəlmək üçün hər zaman olduğundan çox informasiyaya zərurət var. Klassik bürokratiyalar üçün tipik olan vertikal iyerarxiyaları aşındıran daha yüksək sürətdə daha çox informasiya tələbidir. Dəyişiklik ilə ayaqlaşma üçün bu gün menecerlərin ən çox çalışdığı zamana qənaət, ondan maksimum faydalı istifadədir. İyerarxiyanı neytrallaşdıran qısaltmalar bütün sahələrdə, hətta hərbidə belə genişmiqyaslı tətbiq edilir. Belə kiçik dəyişikliklərin kumulyativ nəticəsi vertikaldan lateral kommunikasiya sistemlərinə doğru massiv dönüşdür. Hədəflənən nəticə daha sürətli informasiyadır. Bu bərabərləşdirmə prosesi bir zamanların müqəddəs bürokratik iyerarxiyasına ciddi zərbəni təmsil edir.

İcraedici müstəvidə iyerarxiyanın deqredasiyası ekspertlərin səhnəyə daxil olması ilə daha da intensivləşdi. Bu gün faktiki olaraq yeni qərarvermə funksiyasını onlar icra edirlər. Ekspertlər qarşısında menecerlər qərarvermə üzərində inhisarı itiriblər. Professor Rid bildirir ki, ekspert-mütəxəssislər əmr-tabelik sisteminə qətiyyən tabe deyillər və öz tövsiyələrinin yüksək səviyyədə bəyənilməsini gözləmirlər. Advayzorlar tövsiyə verməni dayandırmaqla ekspertlər ilə məsləhətli şəkildə özləri qərar qəbul edirlər.

Bürokratik praktikaların bu gün orqanizasiyaları qeyri-mobilləşdirdiyi, habelə daha az sensitiv və dəyişikliyə daha az sürətlə responsiv etdiyi düşünülür. Dreksler Texnologiya İnstitutundan Jozef Raffaeləyə görə, ortaya çıxan nəticə lider və idarə edilənlər arasındakı demarkasiya xəttinin bulanıqlaşdığı “texniki birgə-bərabərlərin iş cəmiyyəti”nə doğru yönəlimdir.

İndustrializm əsri həm fərd, həm də orqanizasional həyata sürətləndirilmiş temp gətirdi. Məhz bu səbəbə görə bürokratik formalara ehtiyac yarandı. Məhz bu bürokratik formalar onlardan öncəki əsnək və zamanı keçmiş orqanizasiyalardan daha yaxşı qərar qəbul edə bilərdi. Kodlaşdırılmış qaydaları, müxtəlif iş problemlərini necə həll etməyi göstərən təyin edilmiş prinsipləri ilə qərarlar axını sənayeləşmənin səbəb olduğu həyatın daha sürətli tempi ilə ayaqlaşmaq üçün akselerasiya edilə bilərdi. Veber qeyd edirdi ki, ictimai bəyanatların, habelə iqtisadi və siyasi faktların nəql olunma sürətindəki artım inzibati reaksiyanın tempinin sürətlənməsi istiqamətində davamlı və kəskin təzyiq yaradır. Lakin o, “belə reaksiya zamanının optimumuna normal olaraq sərt bürokratik təşkilat tərəfindən nail oluna bilər” deyə vurğulayarkən yanlışlığa yol veriridi. Çünki əsrimizdə o aydın olur ki, hətta bürokratiya belə dəyişikliyin akselerasiyası ilə ayaqlaşa bilmir.

Bennis bildirir ki, supra-industrial cəmiyyətin təşkilatlarının xarakteristikasında açar söz müvəqqətilik, adaptivlik və sürətlə dəyişkənlik olacaq. Digər ifadə ilə, keçici hücrələr və ifrat mobil fərdlərdən ibarət sürətlə hərəkət edən, informasiya ilə zəngin, kinetik orqanizasiyalar kimi rəsm edilə bilən - ad-hokratiya. “Bir keçici komandadan digərinə doğru yüksək mobillik dərəcəsinə görə iş qruplarına daha az bağlılıq olacaq. Kompleks tapşırıqlarda artan kollaborasiya ehtiyacına görə insani interaksiyada bacarıqlar önəmli olacaq olsa da, qrup koherantlığında ciddi zəifləmə baş verəcək. İnsanlar işdə sürətli və intensiv münasibətlər qurmağı, habelə, səbatlı iş münasibətlərini itirməyə sinə gərməyi öyrənməli olacaq”.

 

Bukminster Fullerə görə, tipik bir amerikalı 1914-cü ildə ildə 1640 mil səyahət edə bilirdi. Bu o deməkdir ki, at və ya mexaniki vasitələrin köməyi ilə ildə yalnız 340 mil səyahət edirdi. 1640 rəqəmindən baza olaraq istifadə etsək, orta statistik amerikalının öz həyatında 88.560 mil hərəkət etdiyini qeyd etmək mümkündür. Lakin bu gün amerikalı avtomobil sahibləri ildə 10 min mil məsafə gedə bilirlər. 1967-ci ildə 108 milyon amerikalı 360 milyon səyahət etməklə yanaşı, evlərindən 100 millərlə məsafə uzaqda gecələməli olmuşdu.

Gündəlik olaraq 200 milə qədər uzunluqda asfaltlı yollar və küçələr Amerikanın landşaftına əlavə edilirdi. Yarım əsrlik bu periodda ABŞ əhalisi 38.5 faiz artmışdısa, küçə və yolların uzunluğundakı artım 100 faizə qədər idi.

Bir fərdin edə bildiyi psixoloji olaraq ən mühüm psixoloji hərəkət evinin coğrafi relokasiyasıdır. Coğrafı hərəkətliliyin bu dramatik forması ABŞ-də və digər inkişaf etmiş ölkələrdə xüsusilə nəzərəçarpandır. ABŞ haqqında bəhs edərkən Piter Druker vurğulayır ki, tariximizdə ən böyük miqrasiya İkinci Dünya Müharibəsi dövründə başladı və arasıkəsilməz momentum ilə davam etməkdədir. Daniel Elazar da, hər hansı bir şəhərə daimi bağlı olmayan nomadik həyat tərzini qorumaqla bir yerdən digərinə davamlı olaraq köç edən urbanit amerikalıların böyük kütləsinə diqqət çəkir. 1967-ci ilin martı ilə 1968-ci ilin martı arasında – cəmi bir ildə 36 milyon amerikalı öz yaşayış yerini dəyişdirmişdi. Bu, dünyanın bir neçə ölkəsinin ümumi əhali sayından daha artıq bir rəqəm idi.

Keçmişin köçəriləri – nomadları qar fırtınaları, yandırıcı isti və həm də ac-acına hərəkət etsələr də, özləri ilə buffalo dərisindən çadırı, öz ailəsini və tayfasının geri qalanını aparırdılar. O özü ilə öz sosial strukturunu, əksər hallarda ev adlandırılan fiziki strukturunu daşıyırdı. Lakin bu günün yeni nomadları fiziki strukturu tərk edirlər. Onlar hər şeyi, hətta ailələrini belə unudub, arxada buraxıb gedirlər. Bir yerin əhəmiyyətinin deqradasiyası, ona bağlılıqdakı tənəzzül müxtəlif yollarla ifadə edilir. 

Mobilliyin akselerasiyası elə bil qaynar səviyyəyə yüksəlib ki, insanlar arasındakı mühüm fərqlilik artıq yer(ləşmə) ilə bağlı olaraq nəzərə alınmır. Pensilvaniya Universitetindən Con Daykman bildirir ki, bu gün bir şəhər və ya dövlətə bağlılıq bir korporasiya, peşə və ya könüllü assosiasiyaya bağlılıqdan daha zəifdir. Başqa sözlə, bağlılıqlar (öhdəliklər) yer ilə bağlı sosial strukturlardan (şəhər, millət, dövlət və ya qonşuluq) mobil, axıcı, praktiki məqsədlər üçün yersiz olan korporasiya, peşə və dostluq şəbəkələrinə doğru dəyişib.

Urbanizm – şəhər sakininin həyat tərzi – keçən əsrin əvvəllərindən bəri sosiologiyanı məşğul təməl məsələlərdən biridir. Maks Veber bildirir ki, şəhərlərdə insanlar kiçik toplumlarda olduğu kimi bir-birilərini yaxından tanıya bilmir. Bu fikri daha da dərinləşdirən G.Zimmelə görə isə, əgər bir urban fərd qarşılaşdığı və təmas qurduğu hər bir şəxsə emosional olaraq reaksiya versə yaxud da onlar haqqında informasiya ilə ağlını kəskin qarışdırsa, o tamamilə daxilən atomlaşa və düşünülməz mental təlatümlər yaşaya bilər. Amerikalı sosioloq və Çikaqo Sosiologiya Məktəbinin üzvü Luis Virt urban münasibətlərinin fraqmentar təbiətinə diqqət çəkir. “Xarakteristik olaraq, urbanitlər yüksək dərəcdə seqmental rollarda bir-birilə qarşılaşır. Onların özgələrindən asılılığı özgənin çoxaylı aktivliklərinin yüksək dərəcədə fraksiyalaşmış aspektinə bağlıdır. Qarşılaşdığımız hər bir fərdin total şəxsiyyəti ilə dərindən təmas qurmaq əvəzinə, biz onların bəziləri ilə səthi və fraqmentar kontakt saxlayırıq.

Bu o deməkdir ki, biz ətrafımızdakı insanların böyük əksəriyyəti ilə bağlılığı məhdud olan münasibət qururuq. Şüuri və ya qeyri-şüuri olaraq əksər insanlarla münasibətlərimizi funksional şərtlərdə müəyyən edirik. Bir ayaqqabı satıcısının satdığı ayaqqabnının keyfiyyəti və səmərəliliyi bizim üçün önəmlidir. Satıcının evdaxili həyatı, ümidləri, arzuları, frustrasiyaları ilə maraqlanmadığımız təqdirdə o, bərabər kompitensiyalı digər satıcı ilə asanlıqla əvəz edilə bilir. Faktiki olaraq, biz bununla insan münasibətlərinə modulyar prinsipi tətbiq etmiş və bir istifadəlik şəxs – “Modulyar İnsan”ı yaratmış oluruq.

Bütöv insan üzərində fokuslanmaq əvəzinə, onun şəxsiyyətinin bir moduluna özümüzü kilidləyirik. Hər bir şəxs minlərlə belə modulların unikal konfiqurasiyası kimi təxəyyül edilə bilər. Beləliklə, heç bir bütöv şəxs digəri ilə əvəz edilə bilməz. Yalnız müəyyən modulların əvəzlənməsi mümkündür.

Bu gün çox geniş sosioloji və psixoloji ədəbiyyat münasibətlərin qeyd olunan fraqmentasiyasından meydana çıxdığı güman edilən bu yadlaşmaya həsr edilir. Keçən əsrin ikinci yarısında ekzistensializmin ritorikasının mühüm hissəsi və tələbə üsyanları məhz bunu hayqırırdı. Onlar ətraflarındakı insanlarla kifayət qədər bağlı olmadıqlarını bildirirdilər. G.Zimmeli təsdiq edərək, teoloq H.Koks da vurğulayır ki, insanın özünü qarşılaşdığı hər kəslə daxilən assosiasiya etməsi, empatiya qurmağa çalışması yalnız öz-özünü destruksiya və emosional vakuuma yol açır. Ona görə, bir urbanit təmas qurduğu insanların əksəriyyəti ilə az və ya çox dərəcədə qeyr-personal münasibətlər qurmalıdır. Onun həyatı onlarla sistemlərin, yüzlərlə insanların toxunduğu bir nöqtəni təmsil edir. Urban fərdin onların bəzilərini daha yaxşı bilmək (tanımaq) qabiliyyəti əksər insanlarla münasibətlərinin dərinliyini minimallaşdırmasını zəruriləşdirir.

Virt kimi sosioloqlar urban cəmiyyətdə insani bağların keçiciliyinə diqqət çəksə də, onlar bu bağların qısa müddətliliyini münasibətlərin digər formalarında daha da qısaldılmış zaman müddəti ilə əlaqələndirmək üçün heç bir sistematik cəhd göstərməyib. İnsani münasibətlərin orta müddətindəki azalma belə münasibətlərin sayının artması ilə düz mütənasibdir. Orta statistik bir urban fərd feodal kəndlinin bir ildə və ya bütün həyatı boyu qarşılaşdığı, təmas qurduğu insanlardan daha çoxu ilə bir həftə ərzində təmas qurur. Heç şübhəsiz ki, kəndlinin digər insanlarla bağları müəyyən keçici münasibətləri ehtiva edirdi. Lakin onun tanıdığı insanların mütləq çoxluğu həyatı boyu eyni olaraq qalırdı. Urbanit interaksiyalarının uzun zaman dövrləri ərzində davamlı olduğu bir özək qrup insanlara sahib ola bilər, lakin o həm də bir və ya iki dəfə gördüyü, sonra da anonimlik içərisində yox olan yüzlərlə, minlərlə insanla interaksiya qurur. Başqa sözlə, urbanit insanın interpersonal bağlarındakı keçicilik qurulan münasibətlərin davamsızlığı, qısa müddətliliyə tabe edilməsi və hətta teoretik olaraq belə “ölüm bizi ayıranadək” ilə ailə və evlilik də daxil, heç bir insani bağın qurulmamasının bir nəticəsidir.

 

                       

Ədəbiyyat:

  1. Wirth, Louis, On Cities and Social Life. (Chicago: The University of Chicago Press, 1964.
  2. The nomadic city dweller is discussed in "Are We a Nation of Cities?" by Daniel Elazar, Public Interest, Summer, 1966, p. 53
  3. Fuller, R. Buckminster, and McHale, John, World Design Science Decade, 1965-1975; Phase I Documents 1-4
  4. "The Decline of Hierarchy in Industrial Organizations", William H. Read in Business Horizons, Fall, 1965, pp. 71-75
  5. Gerth, H. H., and Mills, C. Wright, (eds.), From Max Weber: Essays in Sociology. (New York:Oxford University Press, 1958
  6.   Snow, C. P., Science and Government. (Cambridge, Mass.: Harvard UniverSity Press, 1961
  7.  Snow, C. P., The Two Cultures and The Scientific Revolution. (New York: Cambridge University Press, 1959
  8.  Lipset, Seymour M., and Bendix, Reinhard, Social Mobility in Industrial Society. (Berkeley,Calif.; University of California Press, 1964
  9.  "Our Accelerating Technological Change" by Frank Lynn, Management Review, March, 1967, pp. 67-70
  10.  Robert B.Young "Product Growth Cycles—A Key to Growth Planning" by  Menlo Park, Calif.: Stanford Research Institute
  11.  Cox, Harvey, The Secular City. (New York: Macmillan, 1965