Yuxarıya
skip to main content

Sorğu: NATO ölkələrindən olan avropalılar ABŞ-ın onları müdafiə etməsinə müsbət baxır

04.10.2022

Transatlantik Trendlərin 2022-ci ilə aid təfərrüatlı hesabatına əsasən, NATO-ya üzv olan ölkələrin əksəriyyətində ictimaiyyət qarşıdakı beş il ərzində ABŞ-ın qlobal məsələlərdə göstərdiyi təsirin kəskin şəkildə azalacağını proqnozlaşdırır və Çin-Tayvan məsələsi ilə bağlı qarşıdurma üçün çox az maraq göstərmir. Alman Marşal Fondu tərəfindən yayımlanan yeni sorğu bunu deməyə səbəb verir.

ABŞ da daxil olmaqla, 14 NATO ölkəsində keçirilən sorğuda respondentlər həm NATO, həm də Avropa İttifaqını öz ölkələrinin milli təhlükəsizliyinin əsas qoruyucuları kimi görüb.

Ümumilikdə 21 000-dən çox respondenti əhatə edən sorğu iyunun sonu iyulun əvvəli tarixləri arasında aparılıb. Ancaq sorğu Ukraynanın əks hücumla əldə etdiyi şəhərlərdən və həmçinin Vladimir Putinin ilhaq etdiyi 4 ərazidən daha əvvəl keçirildiyi üçün son prosesləri əhatə etmir.

Lakin nəticələrdən aydın olur ki, ən azı ötən yay Moskvanın ambisiyaları ilə bağlı narahatlıq, xüsusən də coğrafi baxımdan Rusiyaya ən yaxın olan ictimaiyyət arasında (Türkiyə istisna olmaqla) yüksək həddə çatırdı və NATO-ya dəstək də kifayət qədər güclü idi.

Sorğunun göstəricilərinə əsasən, respondentlərin orta hesabla 64 faizi ABŞ-ı bu gün dünyanın ən nüfuzlu siyasi aktyoru adlandırsa da, orta hesabla yalnız 37 faizi bu mövqeyi cəmi beş ildən sonra qoruyacağını bildirib. Respondentlərin orta hesabla 25 faizi Çinin 2027-ci ilə qədər ən böyük təsirə malik olacağına inanır. Xüsusilə Fransa və İtaliyadakı respondentlər hesab edirlər ki, Pekin həmin il Vaşinqtonun təsirini əhəmiyyətli fərqlə ötəcək.

Respondentlərin orta hesabla 57 faizi ABŞ-ın qlobal məsələlərə təsirini ya “çox” və ya “ümumiyyətlə müsbət” adlandırıb, ən müsbət fikirləri isə Polşa, Litva və Portuqaliya ifadə edib. Türkiyəli respondentlərin üçdə ikisi isə ABŞ-ın təsirini ya “çox” və ya “ümumiyyətlə mənfi” kimi qiymətləndirib.

Paşa Bayramov