Ölkənin multimodal nəqliyyat infrastrukturunun, o cümlədən Xəzər dənizi sahilindəki Bakı Dəniz Ticarət Limanı və Azərbaycandan Türkiyəyə Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Zəngəzur dəhlizinin mümkün istismarını dəstəkləyəcəy
Dünyada siyasi prosedurların və yazılmış bilinən qanuna uyğunluqların artıq öz mövcudiyyətini itirməsi heç də sirr deyil. Burada təkanverici qüvvə kimi Rusiya və Ukrayna arasında bu ilin fevral ayında start götürmüş silahlı münaqişə nümunə göstərilə bilər. Qərb siyasi elitası tərəfindən Rusiya Federasiyasına qarşı tətbiq olunan sanskiyalar sonda onların özü üçün də çətin hallar yaratdı.
Azərbaycan Respublikası əvvəlcə tam zamanında Qarabağı işğaldan azad etdi. Bu təkcə o demək deyil ki Azərbaycan xalqı qisasını almış oldu. İşğaldan azad edilən torpaqların iqtisadi və siyasi xalı olduqca yüksək idi. Lazımlı addımın tam anında atılması isə Prezident İlham Əliyevin müharibə zamanı və daha sonra verdiyi açıqlama və səsləndirdiyi çıxışlarda öz əksini tapdı. Balanslaşdırılmış xarici siyasət bağlı çox qərb dövlətlərinin və hətta qonşu Gürcüstan kimi keçmiş SSRİ dövlətlərinin vətəndaşlarının da öz təəccüblərinə səbəb oldu. Bu sadəcə söz birləşməsi deyil bir fakt və tarixi labüdlük idi. Azərbaycan isə bu labüd halın öhdəsindən layiqincə gəldi. İndi isə bu ildən etibarən dünya qlobal olaraq bir daha əvvəlki sütunlar üzərində durmayacaq. Çıxışı zamanı eyni fikirləri məhz Prezident İlham Əliyev də səsləndirdi. Bəs bu nə deməkdir?
Müharibədən dərhal sonra gələn sanksiyalar və Avropada enerji məhsullarının qiymətinin dəfələrlə artması siyasət arenasında ciddi çalxalanmalara səbəb olub. Ekspertlər məsələyə daha sərt yanaşır. İnsanların ilk ağlına gələn təbii ki, qış aylarında temperaturun olduqca aşağı düşdüyü Avropa ölkələrində yaşayan insanlar oldu. Daha dəhşətlisi isə təbii qaza olan tələbatını qarşılaya bilmədiyi halda qapanmalı olacaq olan sənaye müəsisələridir. Bu da qiymətlərin dəhşətli dərəcədə artması mənasına gəlir.
Dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq
— Prezident İlham Əliyev.
Qərb və şərq dairələrinin sosial şəbəkələrdə ciddi araşdırmalarla geniş kütləyə çıxış imkanı olan ingilis dilli mediasına biz nəzər yetirsək əslində İlham Əliyevin fikirlərinin nə dərəcədə ciddi və gerçək olduğunu görərik. Bu səbəbdəndir ki Azərbaycan sonra 2 il ərzində heç zaman olmadığı qədər aktivliyini artırıb.
Zəngəzur Dəhlizinin mümkün potensialı.
Azərbaycanın 44 günlük müharibəyə son qoyan bəyənnamədə Zəngəzur dəhlizindən bəhs etməsi bir çoxları üçün heç də gözlənilən deyildi. Azərbaycanı Türkiyə ilə birləşdirən bütün regional nəqliyyat marşrutlarının, o cümlədən Zəngəzur dəhlizinin (ZC) açılması ilə bağlı maddənin daxil edilməsi ilə Azərbaycan həm döyüş meydanlarında taktiki qələbə, həm də danışıqlar masası üzərində diplomatik qələbə əldə etdi.
Təklif olunan koridor, ilk növbədə, Mərkəzi Asiya, Azərbaycan və Ermənistanı Sakit okeandan Türkiyəyə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji dividentlərə malikdir. Bu, Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında dəmir yolu şəbəkəsini genişləndirəcək və regional ticarət fəaliyyətlərinə müsbət təsir göstərəcək.
Hərhansı maneələr yaranmazsa , koridor, şimalda Ermənistan və İran arasında dənizə çıxışı olmayan Azərbaycan anklavı olacaq və cənubda Türkiyə ilə qısa bir sərhəd kimi fəaliyyət göstərəcək. Zəngəzur dəhlizi Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və İran arasında dəmir yolu şəbəkəsini genişləndirmək imkanı verməklə, Mərkəzi Asiyanı, Xəzər regionunu, Azərbaycan və Ermənistanı birləşdirən Sakit okeandan Türkiyəyə çoxsaylı ticarət yolları deməkdir.
Bəs dünyanın birdən-birə enerji, qida böhranı ilə yanaşı logistika problemlərini ən ağır şəkildə hiss etdikləri bir dönəmdə Azərbaycanın belə mötəbər uğurun astanasında olması sadəcə təsadüfdürmü?
Zəngəzur dəhlizinin tikintisi Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığı qələbədən və ərazilərinin onilliklər boyu davam edən erməni işğalından azad edilməsindən sonra regiona gətirdiyi iqtisadi səmərələrdən biridir.
Azərbaycan Zəngəzur dəhlizinin tərkib hissəsi kimi ölkənin Zəngilan rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədinə qədər uzanan həyati əhəmiyyət kəsb edən Horadiz-Ağbənd dəmir yolunu fəal şəkildə bərpa edir. Ümumi uzunluğu 110,4 kilometr olan layihə üç mərhələdə həyata keçirilir. Dəmir yolunun 2023-cü ildə fəaliyyətə keçməsi gözlənilir. (Caspiannews)
Azərbaycan hakimiyyəti əmindir ki, Zəngəzur dəhlizi kimi regional nəqliyyat layihələri sülh və əməkdaşlığa təkan verə və yeni imkanlar yarada bilər. Bəzi analitiklərin fikrincə, dəhliz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində bütün region ölkələrinə fayda gətirmək və 1,1 trilyon ABŞ dolları nominal ÜDM-i olan regional iqtisadiyyatları özündə birləşdirən Avrasiya ticarət və nəqliyyat kommunikasiyalarına töhfə vermək üçün mühüm əlaqə yaradacaq.
Eyni zamanda, ölkənin multimodal nəqliyyat infrastrukturunun, o cümlədən Xəzər dənizi sahilindəki Bakı Dəniz Ticarət Limanı və Azərbaycandan Türkiyəyə Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Zəngəzur dəhlizinin mümkün istismarını dəstəkləyəcəyi gözlənilir.
Azərbaycan və Mərkəzi Asiyanın birlikdə hərəkətə keçməsi.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya son səfəri zamanı Azərbaycan və Qazaxıstan ikitərəfli münasibətləri növbəti səviyyəyə qaldırmaq barədə razılığa gəliblər.
Görüşdə Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə bir sıra sənədlər imzalanıb.
Prezident Əliyev və qazaxıstanlı həmkarı iki ölkənin aparıcı dövlət qurumları və şirkətləri arasında sahələrdə iki strateji əməkdaşlıq sazişi, o cümlədən 11 Anlaşma Memorandumu, bir protokol, üç saziş və bir əməkdaşlıq planı imzalayıblar. Əsas məsələlər isə yenidən dəyişən dünyanın ən vacib elementləri olan nəqliyyat, enerji, ticarət, dəmir yolu, aerokosmik, rəqəmsal inkişaf və s. mövzularıdır. Ölkələrin nəqliyyat və logistika sahəsində əməkdaşlığının əsas istiqaməti Orta Dəhlizdən istifadə etmək və Zəngəzur multimodal marşrutunu ona inteqrasiya etməkdir. Dəhlizin tam potensialının reallaşdırılmasının 2022-ci ilin birinci yarısında 194 milyon dollara çatan ikitərəfli ticarət dövriyyəsinin artmasına töhfə verəcəyi gözlənilir. Bu ilin sonuna qədər ticarət dövriyyəsinin 480 milyon dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Bir il ərzində Çindən Avropaya daşınan təxminən 10 milyon konteynerin 96 faizi dəniz yollarından, qalan 4 faizi isə Şimal dəhlizi də adlandırılan Trans-Sibir dəmir yolundan istifadə edir. Orta Dəhliz Avropa ilə Asiya arasında ticarət yolu kimi Şimal dəhlizinə nisbətən daha qənaətcil və sürətlidir həmçinin gediş məsafəsini 2000 kilometr azaldır.
Səmərəli istifadə olunarsa, Orta Dəhlizdən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə hər il 600 milyard dollar dəyərində olan Çin-Avropa ticarətindən faydalanmaq imkanı verən mühüm iqtisadi imkanlar yaranacağı gözlənilir. Xüsusilə, Azərbaycan, Qazaxıstan və Türkmənistan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması Transxəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə şərait yaradacaq.
Çinin Avropadan idxal göstəriciləri |
||
Ölkə |
Çəki (ton) |
Dəyər (ABŞ dolları) |
Ümumi |
76.578.938 |
362.018.988.306 |
Almaniya |
15.342.556 |
119.151.451.838 |
Fransa |
8.869.076 |
39.124.159.181 |
İsveçrə |
272.792 |
16.550.948.688 |
Böyük Britaniya |
9.331.776 |
25.638.250.732 |
İtalya |
2.412.823 |
30.282.516.796 |
İrlandiya |
282.114 |
17.626.343.293 |
Hollandiya |
2.051.674 |
14.005.021.292 |
Çexiya |
1.559.721 |
6.053.562.055 |
Danimarka |
1.091.124 |
6.976.100.310 |
Finlandiya |
2.984.283 |
5.327.677.502 |
Macarıstan |
207.582 |
5.566.040.966 |
Polşa |
1.517.811 |
5.541.754.810 |
Belçika |
1.638.794 |
8.571.362.423 |
Lüksemburq |
76.339 |
410.949.454 |
İspaniya |
3.955.221 |
12.290.113.825 |
Estoniya |
214.041 |
281.562.114 |
Latvia |
561.021 |
239.067.710 |
Litva |
273.061 |
433.493.355 |
Portuqaliya |
1.074.968 |
3.453.790.380 |
Yunanıstan |
968.590 |
973.040.142 |
Slovakiya |
812.879 |
7.547.226.024 |
Sloveniya |
139.865 |
632.024.313 |
Norveç |
14.525.887 |
10.761.967.449 |
İsveç |
3.509.930 |
9.871.906.417 |
Bolqarıstan |
948.612 |
1.797.759.261 |
Rumınya |
809.237 |
3.507.140.627 |
Avstriya |
799050,211 |
8418867085 |
Serbiya |
348112,002 |
984890264 |
Çinin Avropaya ixrac göstəriciləri |
||
Ölkə |
Çəki (ton) |
Dəyər (ABŞ dolları) |
Ümumi |
156.185.950 |
483.397.994.690 |
Almaniya |
13.453.300 |
115.180.539.012 |
Hollandiya |
40.078.419 |
53.572.737.334 |
Böyük Britaniya |
30.252.472 |
52.846.463.176 |
Belçika |
9.741.799 |
33.640.622.151 |
Fransa |
12.483.146 |
30.669.622.262 |
İtalya |
12.734.831 |
21.491.648.547 |
İsveçrə |
2.703.372 |
13.822.870.161 |
İspaniya |
13.888.085 |
16.061.067.898 |
|