"Sosial-mədəni transformasiyalar prosesində Türk Cümhuriyyətlərində ailə institutu” mövzusunda online konfrans keçirilib

00.00.0000

2022-ci il 15 may tarixində, Beynəlxalq Türk Akademiyasının və Türkiyənin Üsküdar Universitetinin təşkilatçılığı ilə “Beynəlxalq Ailə Gününə” həsr edilmiş “Sosial-mədəni transformasiyalar prosesində Türk Cümhuriyyətlərində ailə institutu” mövzusunda online konfrans keçirilib.   





Konfransda  Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan və Beynəlxalq Türk Akademiyasından  olan tədqiqatçı alimlərin  məruzələri dinlənilib.  Konfransın moderatoru  qismində Üsküdar Üniversitetinin Sosiologiya bölməsinin  rəhbəri  Prof.Dr. Ebulfez Süleymanlı sıxış edib.



Konfransa giriş nitqi ilə: Üsküdar Üniversitetinin təsisçi rektoru   Prof. Dr. Nevzat Tarhan, Üsküdar Üniversitesi “İnsan ve Toplum Bilimleri Fakültesi” Dekan'ı , Prof.Dr. İbrahim Özdemir, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli çıxış edib.



Azərbaycandan məruzəçi qismində  Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətini üzvü, professor  Tahirə Allahyarova    çıxış edib.



Konfransda mövzu ətrafında: Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi Qadın statusu şöbəsinin müdiri, bir sıra beynəlxalq qurumların üzvü     Huri Kaşıkçı, Özbəkistan İctimai Rəyin Öyrənilməsi Araşdırma Mərkəzinin sədri Prof.Dr. Nigina Rahimova,  Qırgızıstan Milli Elmler Akademyası Fəlsəfə,Hüquq və Siyasət Araşdırmalar İnstitutunun  əməkdaşı Prof.Dr. Rita Salmorbekova, Sinop Üniversiteti, Sosiologiya  Bölümünün əməkdaşı Dos. Dr.Ayşegül Demir,   Kazaxıstan Prezidentinin Qadın, Ailə ve Demografiya Siyasəti təşkilatının İdarə Heyətinin üzvü, Kazaxıstan "Babalar Birliyi" Qurumunun rəhbəri,  Maksutbek Aytmaganbet  maraqlı təqdimatlarla çıxış edib.



Çıxış edənlər Türkdilli dövlətlərdə ailə institutu və ailə dəyərlərinin strateji əhəmiyyətini, eləcə də, onun üzləşdiyi  qlobal çağırışları və transformasiya proseslərini    nəzərə alaraq, Türkdilli Dövlətlət Təşkilatı və Beynəlxalq Türk Akademiyasının “Türk Barometri” araşdırması çərçivəsində, eləcə də ayrıca layihələr qismində  müasir türk dövlətlərində ailə institutu ilə bağlı birgə tədqiqat layihələrinin həyata keçirilməsinin,əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi təklifini irəli sürüb.



Həmçinin,İşçi qrupun yaradılması ilə bağlı müzakirələr aparılması tövsiyə edilib.



Təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.