2025-ci il sentyabrın 5-dən 9-dək Çin Xalq Respubilikasının Yunnan əyalətinin Kunminq şəhərində Qlobal Cənub Media Beyin Mərkəzi Forumu keçirilmişdir.
Forumda 110 ölkədən, beynəlxalq və regional təşkilatlardan 500-ə yaxın jurnalist, ekspert,alim, hökumət rəsmisi və sahibkar Çinin Cənub-Qərbindəki Yunnan əyalətinin mərkəzi olan Kunming şəhərində toplaşıb. 2025-Qlobal Cənub Media və Beyin Mərkəzi Forumu keçirilir. Forum Sinxua Xəbər Agentliyi, Çin Kommunist Partiyasının Yunnan Əyalət Komitəsi və Yunnan Əyalətinin Xalq Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. "Qlobal Cənubun Media Beyin Mərkəzlərinin Yüksək Səviyyəli Forumu" cari ildə ikinci dəfədir ki, keçirilir. Qlobal Cənub Media Beyin Mərkəzlərinin birinci Yüksək Səviyyəli Forumu 2024-cü ilin noyabrında Braziliyanın San-Paulu şəhərində uğurla keçirilib.
Azərbaycan nümayəndə heyəti Çində keçirilən,bu gün (9 sentyabr,2025)də davam edən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edib.Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Medianın İnkişafı Agentliyinin nümayəndələrindən ibarət heyət Çinin Yunnan əyalətində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir.
Forum çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyinin prezidenti Fu Hua arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun mübadiləsi mərasimi də həyata keçirilib.
STM-in İdarə heyətinin üzvü Tahirə Allahyarova Forum gedişində Sosial Tədqiqatlar Mərkəzi İdarə heyətinin üzvü professor Tahirə Allahyarovanın bir sıra informasiya qurumlarına müsahibə verib.
Çin Xalq Respublikasının rəsmi dövlət "Sinxua Xəbər Agentliyi" STM İdarə heyətinin üzvü professor Tahirə Allahyarovanın ekskluziv müsahibəsini dərc edib.
https://russian.news.cn/20250907/d4607b4008d54453bc4f4b7a70b2d6d1/c.html
Xatırladaq ki, Sinxua Xəbər Agentliyi Çin Xalq Respublikasının rəsmi dövlət xəbər agentliyi,Dövlət Şurasının nazirlik səviyyəli qurumudur.Baş ofisi Pekində yerləşən Agentlik 1931-ci ildə yaradılan,13.000 əməkdaşı olan Sinxua Çinin ən böyük media orqanıdır.Sinxua Xəbər Agentliyinin 220 xəbərlər bürosundan 184-ü xarici ölkələrdə yerləşir.
Habelə, T. Allahyarova "2025-Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumuna” ev sahibliyi edən Yunnan- Kunming şəhərinin “Media Konvergensiya Mərkəzinə” daxil olan “Kunming Information Hub” kanalına da müsahibə verib. Müsahibə kanalın “Müxtəlif Simalar, Vahid Səslər: Qlobal Cənub- Kunminqdə Ortaq Həll yollarını kəşf edir” adlı icmalında yayımlanıb.
https://www.youtube.com/watch?v=_J37TXJoNH4
Sayca ikinci olan bu ilki Forumda mövzu-“Qlobal Dəyişikliklərə Cavab Vermək üçün Cənubun Birliyi,Səfərbərliyi” -kimi müəyyən edilib.
Forumun 1-ci günündə “Qlobal Cənubun Qüdrətinin yüksəldilməsi” ilə bağlı açılış nitqləri dinlənildi. Çin Kommunist Partiyasının Yunnan Əyalət Komitəsi rəhbəri,habelə,Çinin Dövlət Sinxua Xəbər Agentliyinin rəhbəri Fu Hua,digər məruzəçilər çıxış etdi.
Çindən və digər ölkələrdən gələn qonaqlar ümidvar olduqlarını bildiriblər ki, media beyin mərkəzləri birgə mübadilə və əməkdaşlığı bu gün dünya iqtisadiyyatının 40%-dən çoxunu və qlobal iqtisadi artımın 80%-ni təşkil edən Qlobal Cənub ölkələrinin modernləşmə səylərini dəstəkləyəcək və bəşəriyyət üçün ortaq gələcəyin qurulması yönündə ortaq səylərin birləşməsinə təkan verəcək.Çünki, Qlobal Cənub beynəlxalq sülhün qorunmasında, qlobal inkişafın sürətləndirilməsində və qlobal idarəçiliyin təkmilləşdirilməsində əsas qüvvəyə çevrilib.
Forum 4 əsas mövzu: sülh konsensusu, inkişaf dinamikası, yeni əməkdaşlıq yolları və sivilizasiyalararası dialoq üzrə dərin müzakirələr aparmaq üçün Qlobal Cənubun hər yerindən media, beyin mərkəzləri, hökumətlər və biznes nümayəndələrini bir araya gətirdi. Forumda həmçinin Qlobal Cənub Media Beyin Mərkəzlərinin Yüksək Səviyyəli Forumunun Yunnan Konsensusu və Analitik Beyin mərkəzinin hazırladığı "Dünya mədəniyyətlərinin dinamik qarşılıqlı təsiri şəraitində mədəni subyektliyin qorunması: Çinin modernləşməsinin mənəvi məhək daşı kimi" adlı hesabatı kimi sənədlər dərc olunub. Hesabatda dövrün Çağırışlarına və dünyanın üzləşdiyi suallara cavablar kontekstində Çinin Qlobal İctimai düşüncə,beyin məhsullarına töhfəsinin təməl əsasları ətraflı təhlil edilib.
“Qlobal Cənub”un aparıcı media və beyin mərkəzlərinin forumu göstərir: dünyada gedən dərin geosiyasi dəyişikliklər fonunda qlobal Cənub artıq passiv müşahidəçi deyil, öz hekayəsinin müəllifidir; artıq hökmranlıq ediləcək bir obyekt deyil, öz taleyinin sahibi; artıq tarixin sadəcə fonu deyil, aparıcı qüvvəsidir. Qlobal Cənub ölkələrinin üzləşdiyi ümumi problem beynəlxalq ictimai rəy və diskurs üzərində inhisarın mövcud modelini qırmaq və öz dominant mövqelərini və diskursiv üstünlüklərini yaratmaqdır.
Forumun 2-ci günü “Qlobal Cənub”un aparıcı media və beyin mərkəzlərinin ayrı-ayrılıqda panel sessiyaları təşkil edildi.Beyin mərkəzlərinin müzakirələri “Düşüncələrdəki müstəmləkəçiliyinin deşifrə edilməsi. Mədəni suverenliyin yenidən qurulması”-Decoding Colonoisations Of Mind Reconstructing Cultural Souvereignity-adlı analitik məzmunlu video filmin nümayişi ilə başladı. ABŞ-ın "yumşaq güc"adlanan qlobal ideoloji ruporları:USAİD,USAİGM və s.qlobal ideoloji pozucu fəaliyyəti, rejim dəyişikliyinə hesablanan siyasi texnologoyaları -rəngli inqilablar, yaymaqla müxtəlif ölkələrdə səbəb olduqları fəlakətli nəticələrə,xalqların taleyində görünməmiş əzablara səbəb olan,bir sıra dövlətlərin siyasi xəritədən silinməsinə səbəb olan proseslər qısa filmdə faktoloji əsaslarla təqdim edildi.
Daha sonra çıxış edənlər “Düşüncələrdəki müstəmləkəçiliyinin deşifrə edilməsi. Mədəni suverenliyin yenidən qurulması”- mövzulu,müstəmləkəşünaslıq-postkolonialist və dekolonialist- adlanan kritik tədqiqatları çərçivəsində nəzəriyyələrə əsaslanaraq, dövlət quruculuğu,siyasi-ideoloji, akademik, sosial-mədəni və s. diskursiv strategiyaları təhlil edən məruzələrlə çıxış etdilər.
Bu forumda iki strateji nəticə əldə edilib:
1.“Cənubda Media və Beyin Mərkəzlərinin Qlobal Əməkdaşlıq və Kommunikasiya Tərəfdaşları Şəbəkəsi”nin yaradılması rəsmən elan edilib.
2. “Qlobal Cənubi Media və Beyin Mərkəzi Forumu Yunnan Konsensusu”nun rəsmi sənəd kimi qəbul edilib.



