Sosial Tədqiqatlar Mərkəzi (STM) data araşdırma və rəy tədqiqatları sferasında ESOMAR qlobal platformasının üzvü olub.
ESOMAR 1947-ci ildə yaradılmış, ictimai rəy, sosioloji tədqiqatlar və marketinq araşdırmaları sahəsində qlobal miqyaslı peşəkar assosiasiyadır.
• ESOMAR – Birliyin orijinal adının- Avropa İctimai Rəy və Marketinq Araşdırmaları Cəmiyyətinin- European Society for Opinion and Marketing Research- qısaldılmış akronimidir.
• Bu gün üçün ESOMAR-ın 135 ölkədə- 12.000 üzvü, habelə, 650-dən artıq şirkət-korporativ üzvü var.
• ESOMAR -marketinq, ictimai rəy, sosial tədqiqatları və data analiz sahəsində fəaliyyət göstərir. Hər il bu aspektdə İllik konqreslər, virtual “İdeyalar Festivalı” və s. tədbirlər keçirir.
• ESOMAR-ın "Tədqiqat dünyası"-Research World adlı online platforması sözü gedən sahələrdə nəzəri və praktiki tədqiqat məsələlər üzrə elmi, orijinal məzmunlu təhlillər dərc edən onlayn platformadır. "Research World"- Onlayn Kitabxanası Avropada ən çox oxucu ilə-ildə 20.000 nüsxəlik qlobal tirajla yayımlanır.
• ESOMAR-ın xeyriyyəçilik çərçivəsində "ESOMAR Fondu" fəaliyyəti göstərir. Bu Fond qeyri-kommersiya təşkilatlarının tədqiqatlarını, nkişaf etməkdə olan ölkələrdə marketinq tədqiqatları üzrə təhsili və imkansız sosial-iqtisadi təbəqələrə aid tələbələri dəstəkləyir, ehtiyacı olan tədqiqatçılara maliyyə yardımı göstərir.
• Peşəkar birlik olaraq, ESOMAR marketinq tədqiqatı və analitika sahəsində peşəkarlar üçün bir sıra mükafatlar təsis və təltif edir.
• 2021-ci ildən ESOMAR dünya üzrə tədqiqat sahəsində 250 liderlə verilən illik mükafat "Insight-250" təqdim edib.
• Bundan əlavə, hər il ESOMAR bir neçə mükafat təqdim edir, o cümlədən "Gənc ESOMAR Cəmiyyəti" Mükafatı (Young ESOMAR Society (YES!), “Tədqiqatın Effektivliyi Mükafatı” (Research Effectiveness Award) və "ESOMAR-ın Tərəfdaşı" Mükafatları(ESOMAR Partner Awards) ilə üzvlərini təltif edir.
• Sosial Tədqiqatlar Mərkəzinin ESOMAR-a korporativ üzvlüyə qəbul edilməsi -bu qlobal peşəkar Birliyin sözü gedən bütün imkan və dəstəklərindən bəhrələnməsi, həmin mükafatlara iddialı olması deməkdir və Mərkəz bu istiqamətdə fəaliyyətini həyata keçirəcək.