Sosial Tədqiqatlar Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” tədqiqat layihəsində uşaq hüquqlarının təminatı və böyüməkdə olan gənc nəslin inkişafı ilə bağlı genişmiqyaslı məsələlər əhatə olunub.