Sosial Tədqiqatlar Mərkəzi nizamnaməsinə uyğun ardıcıl olaraq müxtəlif mövzularda ictimai rəyin öyrənilməsi məqsədi ilə sorğular hazırlayır, tədqiqatlar həyata keçirir.
Stm.az xəbər verir ki, STM həm də beynəlxalq beyin mərkəzlərinin dünyada geniş yayılmış mövcud ənənələrindən və iş praktikasından, tətbiqlərindən faydalanaraq hakimiyyət institutları ilə bağlı ictimaiyyətin düşüncəsini öyrənir.
Məhz bu baxımdan dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gələrək yaradılan STM məqsədinə uyğun olaraq hakimiyyət institutlarına ictimaiyyətin münasibətini vaxtaşırı test edir və eyni zamanda ölkə rəhbərinin aylıq fəaliyyəti barədə ictimai düşüncənin monitorinqini də aparır.
Sosial Tədqiqatlar Mərkəzi “İnam indeksi” jurnalının oktyabr buraxılışında sözügedən məsələləri əhatə edən “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatını dərc edib.
Bununla bağlı Real TV-də canlı yayım verilib: