Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında Müasir Konstitusionalizm və Suverenliyə Yeni Baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə bir sıra tanınmış alimlər, tədqiqatçılar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda müasir konstitusional dəyərlərin inkişaf tendensiyaları, milli suverenliyin qorunması və hüquqi dövlətçilik prinsiplərinin yeni çağırışlar fonunda təhlili aparılıb.
Sosial Tədqiqatlar Mərkəzinin Departament müdiri Əziz Əliyevin “Dəyərlərin post-Qərb dünyasında yenidən qurulması: qlobal etika və suverenlik dilemması” mövzusunda məqaləsi dərc edilib. O, məqaləsində Qərb mərkəzli dəyərlər sisteminin dəyişən beynəlxalq nizamda yenidən formalaşdığını və bunun milli suverenlik anlayışlarına təsirini elmi arqumentlərlə əsaslandırıb. Əziz Əliyev vurğulayıb ki, yeni qlobal reallıqlar qarşısında dövlətlərin etik və siyasi müstəqilliyini qoruması müasir konstitusionalizmin əsas tələbinə çevrilib.

Konfrans iştirakçıları müzakirələrin nəticəsində müasir dünyada milli suverenliyin qorunmasının yalnız hüquqi deyil, həm də mənəvi və mədəni aspektlərdə yenidən düşünülməsinin vacibliyini qeyd ediblər.
Tədbir sonunda konfrans materialları elmi toplu şəklində nəşr edilib.