STM idarə heyətinin üzvü, professor Tahirə Allahyarova beynəlxalq online konfransda çıxış edib

16.10.2025

STM idarə heyətinin üzvü, professor Tahirə Allahyarova STM-in və  dünyanın 50-yə yaxın  ölkəsindən olan universitet və beyin mərkəzlərinin birgə təşkilatçılığı ilə   keçirilən beynəlxalq online   konfransda çıxış edib  

16 oktyabr 2025-ci il tarixində Ukrayna   Elm və Təhsil   Nazirliyi, "Kiyev Aviasiya İnstitutu" Dövlət Universitetinin və  Sosial Tədqiqatlar Mərkəzinin,habelə, dünyanın 50-yə yaxın dövlətindən olan universitet, təhsil institutları, beyin mərkəzlərinin təşkilatçılığı ilə   "Zoom" formatında sayca  5-ci   Beynəlxalq   onlayn  elmi-praktik konfrans keçirilib.
Beynəlxalq tədbirdə konfransın təşkilat komitəsinin üzvü, STM idarə heyətinin üzvü, professor Tahirə Allahyarova açılış nitqi ilə çıxış edib.  Konfransa müasir dünyada təhsil sistemində istedadlı uşaq və gənclərin  qlobal  problemləri, rəqəmsal sivilizasiya, süni intellekt texnologiyaları kimi çağırışlar fonunda yeni təhsil modellərinin axtarışları ilə bağlı yüzə yaxın  məruzə təqdim edilib.   

Beynəlxalq konfransın mövzusu “Təhsil sistemində istedadlı şəxslərin kompetensiyalarının formalaşması”( Formatıon Of Competencıes Of Gıfted Indıvıduals In The System   Hıgher Educatıon»)olub.

Azərbaycandan Sosial Araşdırmalar Mərkəzi ilə yanaşı təşkilatçı qurumlar sırasında: Ukrayna Təhsil və Elm Nazirliyi, Milli Avisiya Universiteti,Təhsilin İnkişafı Təhsil Və Elmi İnstitutu,Kiyev Milli İqtisadiyyat Universiteti, Nyu-York Universiteti Peşəkar Araşdırmalar Məktəbi,    Koventri, Böyük Britaniya Selfreliance Federal Kredit İttifaqı, Çikaqo, ABŞ McGill Universiteti, Montreal, Kvebek, Kanada Berlindəki inteqrasiya olunmuş tam orta məktəb və Avropa Dövlət Məktəbi, Berlin, Almaniya Federativ Respublikası
Paris Universiteti, Parma Universiteti, Dubay Britaniya Universiteti, Dubay, Tallinn Texnologiya Universiteti, Beynəlxalq Kosmetologiya Kolleci, MERCK şirkəti, Yerusəlim, İsrail,Bingöl Universiteti, Bingöl, Türkiyə, Bratislava İqtisadiyyat Universiteti, Avropa Əlavə Təhsil İnstitutu, Bingöl Universiteti, Jansons Biznes Məktəbi (Avtonom), Coimbatore, Tamilnadu, Hindistan İdarəetmə İnstitutu, Kristu Jayanti Universitet hesab olunur, Bangaluru, Karnataka, HindistanMilli və Dünya İqtisadiyyatı Universiteti, Milli İncəsənət İnstitutu, Avropa Tibb və Sosial Elmlər Universiteti,   Sosial Elmlər İnstitutu,  Eötvös Loránd Universiteti (ELTE Universiteti),    Pakistan-Lahor Milli Sənət Universiteti, Milli İncəsənət İnstitutu,  Özbəkistan Milli Universiteti, Qazaxıstandan M.Auezov adına  Universiteti, Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası və s. yer alıb.