
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil olunan “Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlıq kursları” və “Mediatorların ilkin hazırlıq kursları”nın növbəti mərhələsi yekunlaşıb.
Kursları uğurla başa vuran və imtahandan keçən 95 iştirakçıya sertifikatlar təqdim olunub. Sertifikatvermə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Tahirə Allahyarova və Ədliyyə Akademiyasının nümayəndələri iştirak ediblər.
Tədbir zamanı yeni mediatorlara fəaliyyətlərində uğurlar arzulanıb. Sertifikat alanların 40-ı qadın, 55-i isə kişidir.



