
Tədbiri Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə giriş sözü ilə açıb.
Dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri, AEMA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı Əziz Əlibəyli və Daxili Siyasətin Təhlili Departamentinin aparıcı məsləhətçisi Aqşin Kərimov çıxış ediblər.

Əziz Əlibəyli və Aqşin Kərimov Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 8 avqustda Vaşinqtonda Donald Tramp vasitəçiliyi ilə keçirilən görüş kontekstində Azərbaycan-ABŞ əlaqələri, onun geosiyasi nəticələri barədə fikirlərini bölüşüblər.
