Sosial Tədqiqatlar Mərkəzində “Müasir Azərbaycan ictimai fikrinin istiqamətləri, problemləri və tendensiyaları” mövzusunda müzakirə və təqdimat keçirilib

22.09.2025

22 sentyabr tarixində Sosial Tədqiqatlar Mərkəzində “Müasir Azərbaycan ictimai fikrinin istiqamətləri, problemləri və tendensiyaları” mövzusunda müzakirə və təqdimat keçirilib. Toplantı çərçivəsində türkologiya üzrə tanınmış alim Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” adlı üç cildlik kitablarının təqdimatı da təşkil olunub. Tədbiri goroş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin müdiri Əziz Əlibəyli bildirib ki, burada  əsas məqsəd Azərbaycanın müasir ictimai fikir məkanında aktuallıq kəsb edən problemləri və perspektivləri müzakirə etmək, eyni zamanda Faiq Ələkbərlinin üç cildlik kitabının təqdimatıdır.


Daha sonra tədbirdə iştirak edən millət vəkilləri, elm adamları, ictimai xadimlər, media nümayəndələri, bu sahəyə maraq göstərən digər şəxslər öz fikirlərini bildirərək, müasir Azərbaycan ictimai fikrinin inkişaf dinamikası, mövcud çağırışlar və gələcək istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar. 
Dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru və hal-hazırda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsi Həsən Həsənov çıxışında bildirib ki, həm mövzu aktualdır, həm də Faiq Ələkbərlinin kitabları biu istiqamətdə Azərbaycan elminə, fəlsəfəsinə mühüm töhfədir. Onun fikrincə, üç cildlik  kitabın “Azərbaycan Türk fəlsəfəsi” adlandlırılması müəyyən qədər mübahisəli olsa da, bütövlükdə Azərbaycanən əsas tarixinin, mədəniyyətinin, fəlsəfəsinin Türk etnosu ilə bağlı olması da şübhəsizdir.


 AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirib ki, kitabın adı onun üçün də mübahisəlidir və institutda keçirilən tədbirlərdə bu ifadə olunub. Eyni zamanda, kitablarda materializmin araşdırılması çox azdıvr və  orada daha çoxmilli idealist ruh öz əksini tapmışdır. İ.Məmmədzadə bildirib ki, bütün hallarda kitab olduqca böyük zəhmət hesabına başa gəlib: “Kitablarda maraqlı və yeni məqamlar çoxdur, müəllifin dəsti-xəttinin özünəməxsus olması xüsusi olaraq seçilir. Müəllif kitablarda zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlq gətirib”. 


Azərbaycanın xalq şairi, filologiya elmləri doktoru, “Şöhrət” ordenli Sabir Rüstəmxanlı çıxış edərək Faiq Ələkbərlini kitablarının nəşri ilə bağlı təbrik edərək, ona yaradıcılığında uğurlar arzuladı. S.Rüstəmxanlı həmçinin müəlliflə yanaşı, Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyini də təbrik edərək bildirib ki, bu uğur həm də eyni zamanda Fəlsəfə və Sosiologiya İnstitutunun uğuru sayıldığını bildirb. O, bildirib ki Faiq Ələkbərlinin üç cildlik kitabının “Azərbaycan Türk fəlsəfəsi” adlandırılması isə təbiidir.


Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib ki, Faiq Ələkbərlinin 3 cildliyi milli birliyimizi, bütövlüyümüzü ifadə etmək Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmlidir. Çünki dövlət başçımız, prezidentimiz İlham Əliyev də çıxışlarında yeni milli ideyanın vacibliyindən, Türk ailəsindən bəhs edir. Ona görə də, bu institutda bu kimi əsrlərin nəşri prezidentimizin irəli sürdüyü məqsədlərə, ideyalara da uyğundur.
Millət vəkili, ilhaiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov isə bildirib ki, bütövlükdə Faiq Ələkbərlinin yaradıcılığı azərbaycançılıq və türkçülük əsasına köklənib. Onun fikrincə, üç cildliyin “Azərbaycan Türk fəlsəfəsi” adlandırılması bir qədər mübahisəli olsa da, bu müəllifin əməyini azalda bilməz. Sadəcə, kitabda azərbaycançılıq məsələsinin öz əksini daha çox tapması arzu ediləndir.


Millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında bildirib ki, Faiq Ələkbərlinin üç çildlik  “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” kitabları ilə əsasən tanışlıq onun yeni elmi üslübda işləməsindən xəbər verir. Onun fikrincə, F.Ələkbərli kitablarında bir çox elmi problemlərə dəqiqlik gətirmiş və ən əsası yeni və milli ruhda kitablarını cəmiyyətə təqdim etmişdir. Eyni zaamnda, Azərbaycan fəlsəfəsini, mədəniyyətini, tarixini və onun mütəfəkkirlərini bir bütöv halda, yəni cənubi-şimallı bir yetdə qələmə almışdır.


Millət vəkili Sevinc Hüseynova da çııxşda bildirib ki, Faiq Ələkbərlinin belə bir əsəri yazması olduqca vacibdir. Onun fikrincə, milli ideologiyanın və milli məsələlərin aktual olduğu dövrdə bu kimi kitabların ərsəyə gəlməsi böyük bir töhfədir.


Üçcildliyin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli bildirib ki, Faiq Ələkbərlinin üçcildlik kitabı XIX-XX əsrlərdə yaşamış Azərbaycan mütəfəkkirləri haqqında ensiklopedik bir külliyyatdır. Kitabların ruhu ondan ibartətdir ki, bütün mütəfəkkirlər bütöv Azərbaycan Türk identikliyi formasında verilib. Yəni nüəllif Azərbaycan Türk mütəfəkkirlərini yalnız Quzey Azərbaycan xalqının deyil, bütöv Azərbaycan xalqının aydınları şəkilində araşdırıb. Kitabın “Azərbaycan Türk fəlsəfəsi” adlandırlması müəyyən qədər mübahisəli görünsə də, anca 20-ci əsrin əvvəllərində bu adla bir çox əsərlər qələmə alınmışdır (M.B.Məmmədzadənin “Azərbaycan Türk mətbuatı”, “Azərbaycan Türk Albaniya tarixi”, Üzeyir Hacıbəylinin həmmüəllif olduğu “Azərbaycan Türk nəğmələri” və b.). 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosioloq Əfqan Vəliyev çıxışında qeyd edib ki, müasir milli fikrimiz 44 günlük Qələbədən sonra daha da zənginləşib. Onun sözlərinə görə, Azərbaycan xalqı bu tarixi Zəfərlə birlik və həmrəylik nümunəsi göstərərək milli ideyanı daha güclü şəkildə yaşadıb. Sosioloq vurğulayıb ki, Qələbə yalnız hərbi-siyasi uğur deyil, həm də milli düşüncə sistemimizin möhkəmlənməsi deməkdir.

Əfqan Vəliyev hesab edir ki, bu gün gənc nəsil öz tarixini daha dərindən öyrənir, dövlətçilik ideallarını qürurla mənimsəyir. O, həmçinin bildirib ki, milli şüurun inkişafı mədəniyyətimizdə, ədəbiyyatımızda və ictimai həyatımızda yeni nəfəs yaradıb. Vəliyev vurğulayıb ki, Qələbədən sonra formalaşan milli fikir Azərbaycanın gələcək inkişafında strateji ideya gücü rolunu oynayacaq.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) Həmkarlar İttifaqı Hərəkatı və sosial fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədova isə bildirdi ki, o, 1990-cı illərdə Faiq Ələkbərlinin BDU-da fəlsəfə müəllimi olub. Onun fikrincə, F.Ələkbərlinin kitabları nəinki elm adamları, mütəxəssislər, o cümlədən tələbələr üçün də olduqca əhəmiyyətlidir. 


Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov isə çıxışında bildirdi ki, Faiq Ələkbərlinin Azərbaycan ictimai-fəlsəfi fikrinə yanaşmaları özünəməxsusdur və buna hörmətlə yanaşmaq lazımdır.


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun  aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov isə bildirib ki, kitabların elmi redaktorlarından biri kimi, bu üç cildliyin ərsəyə gələməsi onun gözlərinin qabağında baş vermişdir. 


Politoloq Samir Hümbətov isə hesab etmişdir ki, F.Ələkbərlinin kitablarının dərs vəsaiti kimi universitet və məktəblərdə tədris olunması milli təhlükəsizlik baxımından çox əhəməyyətli olar.


Sonda “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” adlı üç cildlik əsərinin müəllifi F.Ələkbərli bildirib ki, kitabın “Azərbaycan Türk fəlsəfəsi” adlandırılması bir yenilik deyil, buna bənzər adlar 20-ci əsrin əvvllərində də olmuşdur. Onun fikrincə, burada ısas məqsəd Azərbaycanlığın və Türklüyün bir-birinə bağlılığını oratay qoymaqdır. Çünki tarixən də Türk xalqları ədalətli, humanist olmuş, həmişə digər xalqlarla əmin-amanlıq içində yaşamışlar. Müəllif, kitablarda materialist və idealist düşüncəli Azərbaycan Türk mütəfəkkirlərinə yer verildiyini, eyni zamanda Sovet dövründə yanlış təqdim olunan bir çox məsələlərə aydınlıq gətirildiyini ifadə etmişdir. O, qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin də  dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın tək ailəsi Türk ailəsi, Türk dünyasıdır. Eyni zamanda, artıq Rusiyanın bir işalçı oldğunu hamı yaxşı dərk etməlidir. Azərbaycan sözünün önündən artıq “Sovet Azərbaycanı”nın yerini müstəql Azərbaycan aldığını bilməliyik. O deyib ki, yeni nəsili bizlər azad, müstəqil, milli Azərbaycan ruhunda yetişdirmək üçün bu kitabları qələmə alırıq.


Qeyd edək ki, tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Lalə Mövsümova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun  aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun  aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İradə Zərqanayeva, BDU-nun professoru Qulu Məhərrəmli, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Fuyuzat” jurnalının baş redaktoru Mübariz Yunuszadə, BDU-nun Sosiologiya kafedrasının dosenti Yaqut Əliyeva və digər ziyalılar, o cümlədən bir çox universitetlərin, xüsusilə də AƏSMA-nın tələbələri  iştirak etmişlər.