22 sentyabr tarixində Sosial Tədqiqatlar Mərkəzində “Müasir Azərbaycan ictimai fikrinin istiqamətləri, problemləri və tendensiyaları” mövzusunda müzakirə və təqdimat keçiriləcək. Tədbir mərkəzin “Tədqiqat” zalında baş tutacaq.
Toplantı çərçivəsində türkologiya üzrə tanınmış alim Faiq Ələkbərlinin “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi” mövzusunda kitablarının təqdimatı da təşkil olunacaq. Tədbirin əsas məqsədi Azərbaycanın müasir ictimai fikir məkanında aktuallıq kəsb edən problemləri və perspektivləri müzakirəyə çıxarmaqdır.
Mütəxəssislər, ictimai xadimlər, media nümayəndələri və bu sahəyə maraq göstərən şəxslərin iştirakı ilə keçiriləcək tədbirdə müasir Azərbaycan ictimai fikrinin inkişaf dinamikası, mövcud çağırışlar və gələcək istiqamətlər ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirin detalları:
Tarix: 22 sentyabr 2025-ci il
Məkan: Sosial Tədqiqatlar Mərkəzi, “Tədqiqat” zalı
Qeydiyyat: 09:30 – 10:00
Əlaqə:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 18
Telefon: (+994 12) 510 70 78 / 510 70 69 / 510 70 88
E-poçt: info@stm.az
Veb sayt: www.stm.az
Sosial Tədqiqatlar Mərkəzi
