Belarus Strateji Tədqiqatlar İnstitutu ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

27.01.2025

Yanvarın 27-də Belarusun Minsk şəhərində Strateji Tədqiqatlar İnstitutunun (BSTİ) direktoru Oleq Makarov ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc arasında görüş keçirilib.

Görüş zamanı Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında sosial sahədə tədqiqatlar üzrə ekspert əməkdaşlığının dərinləşdirilməsi niyyəti vurğulanıb.

Görüşün yekununda Belarus Strateji Tədqiqatlar İnstitutu ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Görüş zamanı tərəflər mövzu üzrə araşdırmaların aparılması, ekspertlərin iştirakı ilə dəyirmi masaların təşkili və birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.