Yeni imtahan modelinin təhlilinə dair konfrans

20.12.2019

Sosial Tədqiqatlar Mərkəzində 05 avqust 2019-cu il tarixində Azərbaycanda səfərdə olan Çin Sosial Elmlər Akademiyasının (ÇSEA-CASS), Siyasi Elmlər İnstitutunun direktoru, Çin Xalq Siyasi Məşvərət Konfransının üzvü, “Xaricdə Sosial Elmlər” (“Social Sciences Abroad”) jurnalının baş redaktoru, professor, Zhang Shuhuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş geçirilib. Görüşdə Konfutsi İnstitutunun (ADU) direktoru Rafiq Abbasov, Çin tərəfindən Konfutsi İnstitutunun direktoru Li Jihua iştirak edib.





Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin Sədri, millət vəkili Zahid Oruc nümayəndə heyətini salamlayaraq, görüşün həm iki ölkə arasında mövcud olan elmi əməkdaşlıq və dostluq münasibətlərinə, həm də, sosial tədqiqatlar sahəsində birgə fəaliyyət göstərmək məramına xidmət etdiyini vurğulamışdır. Dövlət başçımız prezident İlham Əliyevin bu ilin aprel ayında Çin paytaxtında keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirakının ölkələrimiz arasında münasibətlərin inkişafı üçün əhəmiyyətini xatırladıb. Mərkəzin İdarə Heyətinin Sədri görüşün həmçinin, dünyanın ikinci iqtisadi gücü kimi Çin təcrübəsinin və eyni zamanda Cənubi Qafqazın ən islahatçı və inkişaf edən dövləti olan Azərbaycanın siyasi, iqtisadi sahədə islahatlarla bağlı təcrübəsinin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT)“Dialoq üçün tərəfdaş” statusuna malik olduğunu, Çinin “Bir kəmər və bir yol” qlobal layihəsi çərçivəsində fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Mərkəz rəhbəri sosial tədqiqiatlar sahəsində qarşılıqlı elmi əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini də qeyd edib.



Tədbir zamanı STM İdarə Heyətinin sədri  rəhbərlik etdiyi Mərkəzin  fəaliyyət istiqamətləri    haqda ətraflı məlumat verdi.Çin Sosial Elmlər Akademiyasının Siyasi Elmlər İnstitutunun direktoru professor Zhang Shuhua-rəhbərlik etdiyi nümayəndə heyətində, bir neçə ixtisaslaşmış akademik institutun, həmçinin Sosiologiya institutunun əməkdaşlarının təmsil olunduğunu bildirdi. ÇSEA haqda məlumat verərək, onun 1977-ci ildə yaranmasını, hazırda burada 37 elmi tədqiqat institutunun, 4000 tələbənin təhsil aldığı Universitetin və 5 nəşriyyatın olması haqqında məlumat verdi. Çin dövlətinin sosial siyasəti, sosial islahatlar proseslərinin dinamikası sahəsində dünyada özünəməxsus təcrübəsinin xüsusiyyətlərindən bəhs olundu və bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Görüşün sonunda STM və CSEA arasında elmi əməkdaşlığın perspektivləri, birgə tədqiqat layihələrin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirildi və bu istiqamətdə konkret fəaliyyət planının hazırlanması təklif olundu. Siyasi Elmlər İnstitutunun direktoru, professor Zhang Shuhu STM İdarə heyətinin sədri Zahid Orucu Çin Sosial Elmlər Akademiyasına elmi ezamiyyətə dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu.





Sosial Tədqiqatlar Mərkəzi - Press reliz