Departament müdiri
Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin “dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bakalavr pilləsini (2010) və Türkiyə Respublikasında, Ankara Universiteti Sosial Elmlər İnstitutunun “politologiya və dövlət idarəetməsi” ixtisası (idarəetmə elmləri proqramı) üzrə magistratura pilləsini (2014) bitirib. "Universitetlərin publikliyi: Publik universitetin tənəzzülü" (Publicity of universities: Fall of public university) mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
2018-ci ildə Türkiyə Respublikasında “Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun” “politologiya və dövlət idarəetməsi” ixtisası üzrə doktorantura pilləsinə təqaüdlü olaraq qəbul edilib. "Azərbaycanda ərazi idarəetmə sistemi: müqayisəli dəyərləndirmə və model təklifi" mövzusunda dissertasiya (siyasi elmlər üzrə fəlsəfə doktoru) işinin müəllifidir.
2015-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsi üzrə dövlət qulluğuna qəbul olunub. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi fəaliyyətə başlayıb. 2019-cu ildə Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinə aparıcı məsləhətçi vəzifəsinə işə qəbul edilib. 2022-ci ilin fevral ayında baş məsləhətçi, 2022-ci ilin iyul ayında İctimai rəyin öyrənilməsi departamentinin müdiri vəzifəsinə təyin olunub.
STM-in "Prezidentin fəaliyyəti ictimai rəydə" - İnam indeksi seriyası üzrə müxtəlif buraxılışlarının, "Prezidentin yeni hakimiyyət quruculuğu: islahatlar, çağırışlar, ictimai rəy", "Xankəndi şəhərində məskunlaşmış ermənilərlə rəy sorğusu", "Azərbaycan cəmiyyətində sosial həmrəylik", "Azərbaycanda dini vəziyyət: dinamika, tendensiya və perspektivlər", "Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi", "Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə", "Yerli icra hakimiyyəti başçıları: beynəlxalq və milli təcrübə", "Bələdiyyə 20/20: yerli özünüidarəetmə ictimai rəydə" mövzularında sosioloji tədqiqat əsaslı təhlil sənədlərinin və analitik hesabatların həmmüəllifi, "Dövlət idarəçiliyinin dəyişən paradiqması", "Azərbaycanda dövlət idarəçilik sistemi: struktural və funksional təşkilatlanma", "Postmodernizmdə publik sferaya dair nəzəri dəyərləndirmələr", "Azərbaycanda dövlət qulluğu sistemi" və digər mövzularda müxtəlif elmi məqalələrin müəllifidir.