Elmir Mehdiyev

Aparıcı məsləhətçi

Elmir Süleyman oğlu Mehdiyev 1983-cü il mayın 14-də Bakı şəhərində anadan olub. Hazırda Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentində iqtisadi proqram və qanunların qiymətləndirilməsi üzrə aparıcı məsləhətçi kimi fəaliyyət göstərir.

Peşəkar karyerası ərzində “Azərenerji” ASC-nin Xarici İqtisadi Əlaqələr şöbəsində iqtisadçı, İqtisadiyyat Nazirliyinin nəzdində İqtisadi Zonaların İnkişafı Agentliyinin İnvestorlarla iş və biznesə dəstək departamentində baş mütəxəssis, həmçinin İqtisadiyyat İnstitutunun “Post konflikt ərazilərin bərpası” Elmi mərkəzində elmi işçi vəzifələrində çalışıb.

2007–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər kafedrasında saat hesabı müəllim kimi dərs demişdir.

Hal-hazırda “Azərbaycanın neft-kimya sənaye məhsullarının Avropa bazarlarına çıxışının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi” mövzusunda dissertasiya işi üzərində çalışır.