Baş məsləhətçi
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsini (2016) bitirib. "Turkiye Scholarships" proqramı çərçivəsində Ankara Yıldırım Beyazıt Universitetinin klinik psixologiya fakültəsindən magistr dərəcəsi (2021) alıb. 2024-cü ildən etibarən Anadolu Universitetində ölçmə və data analitikasi fakültəsində ikinci magistr təhsili alır.
Statistika və məlumat metodologiyası üzrə mütəxəssis kimi məlumatların toplanılması metodlarının dəqiqliyini və etibarlılığını təmin etmək üçün təhlil və inkişaf etdirilməsi ilə məşğuldur. Statistik modellər hazırlayır, məlumatları təhlil edir, qərar qəbuletmə və araşdırmaların aparılmasını dəstəkləyən hesabatlar tərtib edir. SPSS, R, Jamovi, JASP və SQL kimi proqramlarla işləyir.
2022-ci ildən etibarən Sosial Tərdqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentində çalışır.