Aparıcı məsləhətçi
Mingəçevir Dövlət Universitetində “Sənayenin təşkili və idarə olunması” ixtisası üzrə bakalavr (2014-2018), “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə isə magistr (2019-2021) dərəcələrini alıb.
Mingəçevir Dövlət Universitetində laborant (2020-2021) və müəllim (2021-2022) vəzifələrində çalışıb. Pedaqoji fəaliyyətlə məşğul olub.
2022-ci ildən Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentində “Maliyyə və bank üzrə aparıcı məsləhətçi" vəzifəsində işləyir. Televiziya və çap mediasında makroiqtisadi, monetar və sosial siyasət mövzularında analitik kimi çıxış edir.