Kəmalə Cavadova

Kadr məsələləri üzrə aparıcı məsləhətçi

Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1981-1986).


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında Tikinti İdarəsində kadrlar üzrə baş müfəttiş (1990-1996), Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında "Maarif Layihə İnstitutu"nda kadrlar üzrə müfəttiş (1996-2006), Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində kadrlar üzrə müfəttiş (2006-2008),  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində məsləhətçi (2014-2019) vəzifələrində çalışıb.


“SİNAM Müəssisə Resurslarının İdarə edilməsi” (SERP) proqramı üzrə bacarıqlara malikdir. 


Sosial Tədqiqatlar Mərkəzinin Maliyyə-təsərrüfat, kadr və inzibati məsələlər üzrə departamentinin kadr məsələləri üzrə aparıcı məsləhətçisidir.