Sektor müdiri
Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində (2005-2007), Sankt-Peterburq Avropa Universitetinin siyasi elmlər və sosiologiya fakültəsində (2015-2017) təhsil alıb. Psixologiya və sosiologiya üzrə iki magistr dərəcəsi var.
Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi tədqiqatlar departamentinin sektor müdiridir. Geniş tədqiqat maraqları müasir qlobal dünyada ailə institutu, qayğı və gender məsələlərinin transformasiyası və bu kontekstdə Azərbaycan cəmiyyətində baş verən proseslərdir.
STM-də çalışdığı müddət ərzində bir sıra tədqiqatları həyata keçirib, “Azərbaycanda yaşlılar: qayğı və rifah”, “Müasir Azərbaycan ailəsi”, “Azərbaycanda sosial həmrəylik”, “Azərbaycanda nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” adlı analitik hesabatların, çoxsaylı təhlil sənədlərinin müəllifidir. “Sosiologiyada əsas anlayışlar” kitabının Azərbaycan dilində çap olunmasının təşəbbüskarı olub, tərcümə və redaktə işini yerinə yetirib. Kitab ana dilimizdə çap olunan ilk sosioloji lüğətdir.