Əfqan Vəliyev

Sektor müdiri

Dövlət xətti ilə Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin sosiologiya fakültəsində bakalavr (1992-1996) və magistr (1997-1999) təhsili alıb. 2004-cü ildə İstanbul Universiteti Sosial Elmlər İnstitutunda “Azərbaycanda yeniləşmə və milliyətçilik hərəkatı (1800-1918)” mövzusunda dissertasiya işini müdafiə edərək sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 


2005-ci ildə “Azərbaycanda yeniləşmə və milliyətçilik hərəkatı (1800-1918)” adlı kitabı İstanbulda nəşr edilib. 2006-cı ildə “Azərbaycan siyasi düşüncə tarixi və Mirzə Bala Məmmədzadə” adlı elmi işi İstanbulda türk dilində çap edilib. 2009-cu ildə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun maliyyə yardımı ilə Ulu öndər Heydər Əliyevə ithaf etdiyi “Tarixdən günümüzə Azərbaycan” adlı üçüncü kitabı işıq üzü görüb. 


Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində elmi işçi (2018-2019) vəzifəsində çalışıb. 2019-cu ilin aprelində Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentində fokus qruplar üzrə baş məsləhətçi vəzifəsinə təyin olunub. 2022-ci ildə Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü və Sosial Tədqiqatlar Mərkəzinin Qərbi Azərbaycan İcmasında təmsilçisi təyin olunub. 2024-cü ilin avqust ayından Qərbi Azərbaycan Televiziyasında “Deportasiyaya uğrayan irs” adlı proqramın aparıcısıdır.


Sosial Tədqiqatlar Mərkəzi tərəfindən nəşr edilən “İstiqlal” (2020), “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” (2021), “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” (2022), “Böyük qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” (2024) adlı kitabların müəllifidir
2019-cu il iyulun 31-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti” yubiley medalı ilə təltif olunub.