Aynur Mikayılova

Departament müdiri-baş mühasib

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini (2005) bitirib. 2024-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə ikinci ali təhsil alıb.


Azərbaycan Beynəlxalq Bankının Mərkəzi filialında hüquqi şəxslərlə əməliyyatlar üzrə təcrübə keçib. 


Azərbaycan Dövlət Dəmir Yolu Təhlükəsizlik Xidmətində mühasib (2005-2007), Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında mühasib, baş mühasib  (2007-2019-cu ilin may ayına qədər) vəzifələrində çalışıb. Bu dövrdə Yeni Azərbaycan Partiyası İlk Gənclər Təşkilatının sədri, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Qadınlar Şurasının üzvü olub. 


2019-cu ildən Sosial Tədqiqatlar Mərkəzinin Maliyyə-təsərrüfat, kadr və inzibati məsələlər üzrə departamentinin müdiri-baş mühasib vəzifəsində çalışır.