Sektor müdiri
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati İdarəetmə" fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə ali təhsilini davam etdirir.
2019-cu ildən Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2022-ci ildən baş məsləhətçi vəzifəsində çalışır.
“Ermənistan-Azərbaycan münaqişəsi Vətən müharibəsindən əvvəl və sonra”, “Dövlət orqanlarının (qurumlarının) stasionar və qaynar xətlərinin fəaliyyətinin dövri qiymətləndirilməsi”, “Yerli icra hakimiyyətləri orqanlarının stasionar və qaynar xətlərinin fəaliyyətinin qiymətləndirilməsi” ilə bağlı sosioloji tədqiqat əsaslı təhlil sənədlərinin və analitik hesabatların və “Azərbaycan SSR-də dövlət və din münasibətləri” tarixi tədqiqatın müəllifi, “Azərbaycanda uşaqların ailə cəmiyyət münasibətlərində yeri və rolu”, “Uşaq hüquqlarının təmin edilməsinə dair respublika üzrə 2018-ci və 2019-cu illərin məlumatları əsasında analitik hesabatların həmmüəllifi, Qarabağ, sülh quruculuğu, dövlət və ictimai münasibətlər və digər mövzularda sosioloji tədqiqat əsaslı təhlil sənədlərinin və elmi məqalələrin müəllifidir.